300px|thumb|5.45 mm-lik AK-74M avtomatına GP-25 qumbaraatanı taxılmış halda
AK-74M (Mənası: ); ) — 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmış avtomatdır. Kalaşnikov avtomatlarının AK modellərinin günümüzdəki nümayəndəsi olan bu silah Rusiya Silahlı Qüvvələrinin 1994-cü ildən bəri əsas avtomat silahı hesab olunur. AK-74 avtomatlarının modernizasiya edilmiş versiyasıdır. İlk dəfə AK-74M avtomatlarında AK-74 avtomatlarında istifadə edilmiş 5.45x39 mm-lik güllələrdən istifadə edilmişdir. Bu silahı AK-74 avtomatından ayıran xüsusiyyətləri isə aksesuarları (qundağ, qəbzə və əl qundağı), süngüsü və silahın standart görünüşündə belə sabit görünən qatlanan qundağın olmasıdır. Sökülməsi AK seriyasında olduğu kimidir.
Aksesuarları Snayper durbini, gecə durbini, termal kamera, optik nişangah, lazer hədəfləyici, qumbaraatan, süngü, taktiki fənər, səsboğucu
Modelləri AK-74M: Standart model. AK-105: AK-74M-in qısa lüləli modeli.
Xüsusiyyətləri
Lülənin kalibri — 5.45 mm
Giliz: 5,45×39 mm
Atış tipi: Qaz dövriyyəsi
Nişangah məsafəsi – 1000 metr
Təsirli atəş məsafəsi – 800 metr
Güllənin zədələyici təsir məsafəsi – 1500 metr
Güllənin maksimal uçuş məsafəsi – 3150 metr
Güllənin başlanğıc sürəti – 910 metr\saniyə
Atəş tezliyi – 650 atəş\dəqiqədə
Atəş rejimi – avtomatik və tək-tək
Daraqın tutumu – 30 ədəd
Nişangah – nizamlana bilən adi nişangah
Üzərinə qoşula bilən qumbaraatan – QP-25, QP-30, QP-34
İstifadə edən ölkələr
İstinadlar
Xarici keçidlər İngiliscə rəsmi səhifəsi AK-47 Museum virtual tour (İngiliscə) Modern Firearms
Kateqoriya:Rusiya avtomatları