Corc Olah (, ; ) — macar əsilli ABŞ kimyaçısı. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür.
Həyatı Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb. O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur. 1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər "Dou Kemikal" şirkətində Kanadada və ABŞ-də işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Western Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakültələri birləşdirilmişdir. 1977-ci ildə Cənubi Kaliforniya Universitetinə keçmiş, burada sonralar Loker adına Karbohidrogenlər İnstitutu adını almış institut yaratmışdır. 1996-cı ildən Cənubi Kaliforniya Universitetində onun adı ilə bağlı mühazirələr oxunur. Olah 8 mart 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Mükafatları 1976-cı ildən ABŞ-nin Milli Elmlər Akademiyasının, 1990-cı ildən Macarıstan Elmlər Akademiyasının üzvüdür. ABŞ-nin ən görkəmli alimləri üçün verilən Aleksandr fon Qumboldt adına mükafat (1979-cu ildə), 1996-cı ildə F. A. Kotton medalını almışdır. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür. 1997-ci ildə "London Kral Cəmiyyəti"nin xarici üzvü seçilmişdir. 2001-ci ildə Artur Kop mükafatı, 2007-ci ildə isə "Amerikan Kimya Cəmiyyəti" tərəfindən "Pristli" medalı ilə mükafatlandırılmışdır.
İstinadlar
Kateqoriya:Macarıstan alimləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:Macarıstanlı Nobel mükafatı laureatları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Macarıstan yəhudiləri Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ kimyaçıları