D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.

Diskoqrafiya Sinqllar 2019: Heaven

İstinadlar

Həmçinin bax

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Monteneqro Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:Musiqi qrupları Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Monteneqronun "Avroviziya" təmsilçiləri