() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Avropada, Qafqazda, Kiçik Asiyada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2 m olan iynəli koldur. Budaqları uzun, düz və ya bir az qövsvari əyilmiş, çiçək saplaqları göy çöküntülü, tikansızdır. Yalançı zoğların uzunluğu 1,2 sm-dək və eni 0,6 sm, hər tərəfdən tükcüklü, kənarları vəziciklidir. Yarpaqları cüt olmayan lələkvari, tünd yaşıl, çox tükcüklü, uzunluğu 7-9 sm-dir. Xırda yarpalqarı 5-7 ədəd, uzunluğu 2-4 sm, uzunsov-ovaldan ellipsvari və yumurtavariyədək, ucu biz bəzən küt, kənarları cüt vəzicikli-dişlidir. Saplaqları tükcüklü, vəziciklidir. İynələri təxminən eyni, çox vaxt düz, bünövrəsində enlidir. İyun-iyulda çiçəkləyir. Çiçəklərin diametri 4 sm-dək, rəngi açıq çəhrayıdan ağadək dəyişilir, qalxanlarda 2-5 ədəd yığılmış, bəzən tək, sadə, ətirlidir. Çiçək saplaqları qısa vəziçiklidir. Ləçəkləri əks-yumurtavaridir. Kasa yarpaqlarının uzunluğu 2,5 sm-dək, lələkvari tüklü, sıx vəzicikli, çiçəklədikdən sonra aşağıya əyilmişdir, tam yetişmiş meyvələri tökülür. Meyvələri yumru, diametri 1-2 sm, qırmızı rənglidir.
Ekologiyası -230C-dək şaxtaya davamlıdır.
Azərbaycanda yayılması Azzərbaycanda 1820-ci ildən becərilir. Böyük Qafqazda, Kür-Araz ovalığında, Talış və Naxçıvan MR –da təbii halda rast gəlinir.
İstifadəsi Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Müxtəlif şirələrin hazırlanmasında istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:25–29 ID olan Taksonbar