Zaqora, Zaqura (, , ) və ya Tazaqurt (, ) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətiin inzibati mərkəzi.

Coğrafiya Şəhər mərkəzi dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Zaqora Varzazat şəhərindən uzaqlıqda, Atlas dağlarının üzərində yerləşir. Şəhərin yaxınlıqlarında Zaqora dağı yerləşir.

Toponimika Şəhərin yerli bərbər dilindəki adı – Tazaqurt () "əkiz zirvələr" deməkdir. Bu isə Əlmürabilər dövründə qalma qəsrlərə bir istinaddır.

Tarixi Yəhudi salnamələrinə görə Zaqora VII əsrdə Draa çayı vadisini öz müstəmləkələrinə, Tamqrutu isə paytaxtlarına çevirmiş yəhudilər tərəfindən zəbt edilmişdir. Bundan əvvəl məntəqədə xristianlaşmış yerli bərbərdilli bir tayfa yaşayırdı. VIII əsrin əvvəllərində İfriqiyə əmiri Ukba ibn Nafi rəhbərliyində ərəb-müsəlman Raşidi xilafət ordusunun regiona hücum etməsi yəhudi icmasına böyük zərbə vurmuşdur.

XI əsrin əvvəllərində Əlmürabilər dövlətinin qoşunları Zaqoranı zəbt etmiş, yerli yəhudi icmasına qarşı qırğın törədmişdir. Məntəqənin əhalisi tamamilə müsəlmanlaşdırılmışdı. Buna baxmayaraq, növbəti əsrlərdə şəhərdə yəhudi, eləcə də xristian icmaları yaranmağa başlamışdır. Tarixi Avropa xəritələrində Zaqora dağı qeyd edilsə də, məntənin özü XX əsrdə şəhərə çevrilmişdir. Zaqora dağının zirvəsində Əlmürabilər dövründən qalma bir qəsr yerləşir.

Hər il şəhərdə İslam alimi və ilahiyyatçısı Əbdülqadir Gilaninin doğum gününü qeyd edən bayram keçirilir.

Nəqliyyat Şəhərdə Zaqora Hava Limanı var.

Əhali Şəhər əhalisi ərəb, şilhə və bərbər dillərində danışır. Şəhərin illik əhalisi:

Qalereya

İstinadlar

Xarici keçidlər

– Agadir portalında. – Lexicorient saytında. – TheCouch.org saytında. – riaddusud.net saytında.

Kateqoriya:Mərakeş şəhərləri