Parisdə partlayış — 12 yanvar 2019-cu ildə Paris şəhərinin IX dairəsindəki "Treviz" küçəsində baş vermiş partlayış hadisəsi. Partlayış hadisəsində iki yanğınsöndürən, bir İspaniya vətəndaşı turist və bir qadın həlak olmuş, 10-u ağır olmaqla 47 nəfər yaralanmışdır. Yerli prokuror Remi Heytsin verdiyi məlumata görə partlayışa səbəb qaz sızıntısı idi. Yağınsöndürənlər partlayışdan əvvəl əraziyə qaz sızıntısı təhlükəsi barədə məlumat aldıqdan sonra tədqiqat aparmağa gəlmişdilər.
Partlayış Partlayış hadisəsindən əvvəl yanğınsöndürənlər bir qaz sızıntısı barədə verilən məlumat əsasında çörək zavodunda tədqiqat aparırdılar. Partlayış ətraf tikililəri dağıdan və avtomobilləri işləksiz hala gətirən bir yanğına səbəb olmuşdur. Hadisə yerində olan mülki şəxslər partlayışın ətraf binalardakı insanların binalardan çıxa bilməməsinə və dağıntıların, eləcə də şüşə qırıntılarının küçəyə səpməsinə səbəb olduğunu bildiriblər.
Nəticə Hadisə yerinə 200-dən çox yanğınsöndürən, Fransa Daxili İşlər Naziri Kristof Kastaner, Fransa Baş Naziri Eduard Filipp və Paris şəhərinin meri Ann İdalqo gəlmişdi.
Qeydlər
İstinadlar
Kateqoriya:2019-cu ildəki hadisələr Kateqoriya:2019-cu ildə Fransa Kateqoriya:Fransadakı fəlakətlər Kateqoriya:2019-cu ildəki partlayışlar Kateqoriya:Qaz partlayışları