() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı İlk dəfə Dərələyəzdə təsvir edilmişdir. Cənubi Qafqazda yayıldığı qeyd olunur.

Botaniki xarakteristikası Hündürlüyü 10 m-ə çatan ensiz çətirli, budaqlarında qısa və yoğun tikanları olan ağacdır. Gövdəsinin qabığı qırmızımtıl rəngdə olub, seyrək ziyilşəkilli xallıdır. Yarpaqlar dərivari, ellips formalı, uzunsov-yumurtavari və ya neştərvari olub, qaidə hissəsi azacıq pazvaridir. Ayanın kənarı şanavari dişli, üst tərəfi az parlaq, alt tərəfi tutqun, solğun yaşıldır. Çiçəklərinin diametri 3 sm-ə çatır, aprel ayında çiçəkləyir, meyvələri isə noyabr ayında yetişir. Meyvələri tünd-qırmızı rəngdədir, saplağı yoğundur və meyvədən 2 dəfə uzundur.

Ekologiyası İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir. Torpağa tələbkar deyil, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması Təbii halda Naxçıvanda subalp qurşağının meşələrində yayılıb.

İstifadəsi Həyətyanı, şose ətrafı ərazilərdə istifadə edilə bələr.

İstinadlar

Həmçinin bax