1976 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1976 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə UEFA tərəfindən milli komandalar üçün təşkil etdiyi beşinci UEFA Avropa Çempionatı turniri. Matç 1976-cı ilin 20 iyun tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən Rayko Mitiç stadionunda baş tutdu. Finalda Çexoslovakiya və Almaniya milli komandaları görüşürdü. Bu matç Almaniyada Nacht von Belgrad və ya Belqraddan bir gecə kimi tanınırdı.

Əlavə vaxtdan sonra hesab 2-2 idi və beləliklə UEFA Avropa Çempionatı turnirində ilk dəfə 11 metrlik cərimə zərbəsi seriyası baş tutdu. İlk yeddi zərbə qol ilə nəticələndi amma Qərbi Almaniya yığmasından dördüncü zərbəsi Uli Hoeness qapının üzərindən keçdi. Hesab 4-3 olarkən topa yaxınlaşan Antonin Panenka hesabı 5-3 etdi və yekunda Çexoslovakiya qələbə qazandı. Sonuncu 11 metrlik cərimə zərbəsi zamannı Panenka topu torun düz mərkəzinə aşırma formasında göndərərkən alman qapıçı Zepp Mayer sol küncə tullandı. Bu günə qədər onun bu qələbə vuruşu, ən məşhur zərbələrdən biridir və bu formada vurulan 11 metrlik cərimə zərbəsi sinonimi kimi onun adı hallanır.

Bu günədək bu oyun Almaniya millisinin sonuncu rəsmi matçıdır ki, 11 metrlik cərimə zərbəsi seriyasından məğlub ayrılır.

Oyunun nəticələri

Q1 İvo ViktorM4 Anton Ondruş (k)M5 Yan PivarnikM12Koloman QoqM3 Yozef ÇapkoviçY2 Karol Dobiaş Y8 Yozef Moder Y7 Antonin PanenkaY10Marian MasniY11Zdeněk NehodaH17Yan Şveqlik Əvəzetmələr:M6 Ladislav Jurkemik Y16Frantişek Veseli Baş məşqçi:Vaçlav Ejek300px Q1 Zepp MayerM5 Frans Bekkenbauer (k)M2 Berti FoqtsM4 Hans-Georq ŞvarzenbekM3 Bernard DitzY7 Rayner BonhofY6 Herbert Vimmer Y10Erix Ber Y8 Uli HoenessH9 Diter MüllerY11Bernd HölzenbeinƏvəzetmələr:Y15Haynz Floe Y14Hans Bonqarz Baş məşqçi:Helmut Şön

Matç qaydaları 90 dəqiqə. 30 dəqiqə əlavə, lazım olduqda. Hesab bərabərdirsə yenidən oyun davam etdirilsin. Maksimum 2 əvəzetmə.

İstinadlar

Kateqoriya:UEFA Avro 1976 Kateqoriya:Çexoslovakiya milli futbol komandasının oyunları Kateqoriya:Almaniya milli futbol komandasının oyunları

Kateqoriya:Belqradda futbol