Dirəniş. Qaratay () — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var.

Məzmun

II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır.

Film Kösedağ döyüşündən də bəhs edir.

Rollarda

İstehsal

Çəkilişlər Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir. Çəkilişlərdə 1000-ə yaxın ox, yay, qılınc, niz və qalxandan istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin Türkiyə filmləri Kateqoriya:Türkiyənin döyüş filmləri Kateqoriya:Türkiyənin macəra filmləri Kateqoriya:Türkiyənin tarixi filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:Konyada çəkilən filmlər Kateqoriya:Rəngli filmlər