() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbii halda Qafqaz, Orta Asiya, Qərbi Sibir və Qərbi Çində bitir.

Botaniki xarakteristikası Hündürlüyü 3 m olan koldur. Cavan budaqları nazik, tüklü olub, aşağıya doğru əyilir. Enli yumurtavari yarpaqlarının uzunluğu 5 sm-dir, yazda gümüşü-boz, yayda tünd yaşıl, payızda isə tünd qırmızı rəngdə olur. 6-20 ədəd iri ağ çiçəkləri qalxanşəkilli çiçək qrupuna yığılmışdır. Çiçəkləmə may ayında başlayır və 16-25 günə qədər davam edir. Bu dövr bitki çox gözəl görünür. Meyvələri avqustda yetişir. 5-6 yaşından başlayaraq meyvə verir.

Ekologiyası Soyuğa və quraqlığa davamlıdır. Məhsuldar və əhənglə zəngin, rütubətlənmiş torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Yaşıllaşdırmada bu növün ensiz, uzun yarpaqlı və bol meyvə verən dekorativ formasından da (f.calicarpa) istifadə edilir. Tək və qrup əkinləri üçün yararlıdır. Toxumla və kolun bölünməsi ilə çoxalır. Al qırmızı, bol, şarşəkilli meyvələri payızda bitkinin dekorativliyini artırır.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax