Matildit — mineral, AgBiS2.
Haqqında Matildit - rombik, t>225°C kubik. Kristalları uzunprizmatik. Mikroskop altında seçilən nazik lövhəvari ikiləşməsi səciyyəvidir. Aqreqat dənəvər. Rəngi boz, qara. Cizgisi boz. Parıltısı metallik. Sərtliyi 2,5. Xüsusi çəkisi 6,9. Matildit yüksək temperaturlu kubik modifikasiyası qalenitlə sülb məhlul əmələ gətirir. Rombik modifikasiyaya keçdikdə sülb məhlul parçalanır. Peqmatitlərdə və hidrotermal yataqlarda. Sinonim: Şapbaxit.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Gümüşün mineralları Kateqoriya:Bismutun mineralları Kateqoriya:Heksaqonal sinqoniya mineralları