Aşanti konfederasiyası — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası.

Haqqında XVII əsrin sonlarında qul və qızıl ticarəti zəminində indiki Qana ərazisində qurulan konfederasiyanın başında Kumasi şəhəri dururdu. Qızıl ticarətin ən iri mərkəzi isə Bono–Mansu sayılırdı. Yerli tarixi ənənəyə görə konfederasiyanın ilk hökmdarı Osey Tutu olmuşdur.

O aşanti siyasi qurumunu vahid dövlətdə birləşdirə bilmişdir. Konfederasiyanın varlığı Qvineya körfəzi sahillərini Səhraətrafı ərazilərlə birləşdirən ticarət yolları üzərində nəzarətlə bilavasitə bağlı idi. Aşantinin yüksəlişinə XVII əsrin sonlarında Sonqay dövlətinin süqutu da təsir göstərmişdir.

Həmçinin bax Akanlar

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Afrikanın tarixi dövlətləri Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Afrika xalqları Kateqoriya:Konfederativ dövlətlər Kateqoriya:XIX əsrdə Afrika Kateqoriya:XX əsrdə Afrika