Filip Vuyanoviç — ( ) — Monteneqronun birinci prezidenti.

Həyatı Filip Vuyanoviç 1954-cü il sentyabrın 1-də Yuqoslaviyanın Belqrad şəhərində anadan olub. O, 1978-ci ildə Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirdi.

Fəaliyyəti Filip Vuyanoviç 1978-ci ildən 1980-cı ilə qədər Belqradda, 1980-cı ildən 1981-ci ilə qədər isə Titoqradda ədliyyə sahəsində çalışıb.

1993-cü ildən 1995-ci ilə qədər Çernoqoriyanın ədliyyə naziri olan Filip Vuyanoviç, 1995-ci ildən 1998-ci ilə qədər Çernoqoriyanın xarici işlər naziri olub.

Filip Vuyanoviç 1998-ci il fevralın 5-də Çernoqoriyanın Baş naziri vəzifəsinə təyin edildi. 2002-ci il noyabrın 5-də o, Çernoqoriya Parlamentinin sədri seçildi. Elə həmin tarixdə Filip Vuyanoviç Çernoqoriyanın Baş naziri vəzifəsindən azad edildi.

İstinadlar

Kateqoriya:Monteneqro prezidentləri Kateqoriya:XXI əsr siyasətçiləri