Cavid Xaspoladov (tam adı: Cavid Cavad oğlu Xaspoladov; ) — "Əməkdar jurnalist", Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polis polkovniki, DİN Mətbuat Xidmətinin rəis müavini, "Mübariz keşikdə" qəzetinin və "Asayişin keşiyində" jurnalının redaktoru.
C.Xaspoladov hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin Xidmətində çalışır. Dövlət qulluğunun baş müşaviridir. Həyat və fəaliyyəti Cavid Xaspoladov 1959-cu ildə oktyabrın 5-də Göyçay şəhərində müəllim ailəsində doğulub. 1976-cı ildə şəhər 3 nömrəli beynəlmiləl orta məktəbini bitirib. Sonra istehsalatda çalışıb.
İlk yazısı rayonda çıxan "Yeni həyat" qəzetində dərc olunub.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub. Təhsil illərində respublikada dərc olunan müxtəlif mətbuat orqanları ilə sıx əməkdaşlıq edib.
Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra ADU-nun aspiranturasının qiyabi şöbəsinə qəbul olunub, "İnformasiya janrlarının inkişaf meyilləri" mövzusunda dissertasiya işi üzərində çalışıb.
Daxili işlər orqanlarında (DİO) xidmətə başlayana qədər "Sovet kəndi", "Xalq qəzeti", "Azərbaycan", "Respublika" qəzetlərində muxbir, xüsusi muxbir, şərhçi, şöbə müdiri, redaktor müavini, "AzərTac"ın baş redaktorunun müavini vəzifələrində çalışıb.
Cavid Xaspoladov Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqına, müstəqillik illərində isə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib.
Dövrü mətbuatda jurnalistikanın müxtəlif janrlarında yüzlərlə yazısı, "Müxbir" bülletenində, "Universitetin elmi xəbərləri" və "Jurnalistika" məcmuələrində elmi məqalələri dərc olunub.
Qırxa yaxın kitabın redaktoru, daxili işlər orqanlarının tarixi və xidməti fəaliyyəti ilə bağlı üç toplunun həmmüəllifi, iki dildə nəşr olunmuş kitabın müəllifidir.
C.Xaspoladov hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin Xidmətində çalışır. Dövlət qulluğunun baş müşaviridir. Ailəsi C.Xaspoladov ailəlidir. İki qızı, iki nəvəsi var. Mükafatları Cavid Xaspoladov "Qızıl qələm" və "Araz" ali media mükafatlarına, "Kamil sənətkar" diplomuna layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Daxili işlər orqanlarında uzun illər qüsursuz xidməti DİN rəhbərliyi tərəfindən medallar, döş nişanı, "Fəxri fərman"lar və "Təşəkkürnamə"lər ilə mükafatlandırılıb. İstinadlar
Xarici keçidlər "Bizim qəzet" — "Mübariz keşikdə": Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı 50 illik yolun mübariz yolçusu Xas sözün adamı… - Polkovnik haqqında qeydlər
Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər