Lepidokrokit — mineral, γ - FeOOH.
Haqqında Lepidokrokit - rombik. Habitus. lövhəvari, lifli. Ayrılması {010} üzrə mükəmməl, {100} və {001} üzrə orta. Aqreqatı: lövhəcik xonçaları, torpaqvari, dənəvər. Rəngi qırmızı, qonuradək. Parıltısı yarımmetallik. Sərtliyi 5. Xüsusi çəkisi 4,09. Daha çox hötitlə birgə və onun səthində. Sinonim: Pirrosiderit, Hidrohötit.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Hidrooksidlər (minerallar) Kateqoriya:Dəmirin (III) mineralları Kateqoriya:Rombik sinqoniya mineralları