Şefik Avni Özüdoğru (; d. 1884, Samsun, Osmanlı İmperiyası – ö. 1960, Samsun, Türkiyə) — Türk əsgəri və siyasətçisi.
Həyatı Orta təhsilini Samsunda türk və fransız dillərində almışdır. İngilis, fransız və alman dillərində səlis danışmağı bacarırdı.
Hərbi fəaliyyəti 1906-cı ilin 26 sentyabrında Hərbi Akademiyanı bitirdi. 1909-1911-ci illər arasında Almaniyada hərbi təlimlərdə iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda Türkiyəyə geri dönərək Osmanlı Hərbi Kollecində müəllim kimi fəaliyyət göstərməyə başladı.
Birinci Dünya müharibəsi başlayanda Ərzurum Hərbi Rəisliyinə təyin edildi. 1915-ci ildə mayor oldu və 31 və 17-ci tümən komandirliklərinə rəhbərlik etməyə başladı. 1917-ci ildə Qalisiya 4-cü korpusunun 46 və 19-cu tümən komandirliklərində xidmət etdi. 1918-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəldi. 1919-cu ildə Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu.
Əsərləri Keşif Ağır Topçuların Eğitimi
Mükafatları "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 189.
Kateqoriya:Samsunda vəfat edənlər Kateqoriya:1884-cü ildə doğulanlar Kateqoriya:1960-cı ildə vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi Kateqoriya:Türkiyə Silahlı Qüvvələrinin polkovnik-leytenantları Kateqoriya:Osmanlı siyasətçiləri