() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Qərbi Əlcəzairdə, Şimali və Şərqi İspaniyada, Cənubi və Mərkəzi Fransada, İsveçrədə və Kiçik Asiyada təbii halda yayılmışdır.

Botaniki təsviri 6–10 m hündürlüyə çatan ağac və ya koldur. Qabığı bozumtul-sarı, hamar, yaşlı gövdələrdə isə xırda çatlıdır. Yarpaqların hər iki tərəfi tükcüklü, 1,5-3 sm uzunluğunda, 0,5-1,0 sm enində olub, uzunsov yumurtavari, ellipsvari, rombvari və ya dəyirmi formalıdır. Üst tərəfdən tünd-yaşıl, parlaq, altdan çox açıq rəngli və qısa saplaqlıdır. Mart ayında çiçəkləyir. Çiçəkləri qoltuq çiçək qrupunda yerləşmişdir. Dişicik çiçək qrupunda təkdir, bəzi hallarda inkişaf etmir. Erkək çiçəklərdə çiçəkyanlığının xarici yarpaqcığı çox batıqdır. Daxili yarpaqcıq 2-2,5 mm uzunluğundadır. Erkəkciyi çiçəkyanlığının daxili yarpaqcığından 1,5-2 dəfə böyükdür. Mart ayında çiçəkləyir, meyvəsi iyulda yetişir. Qutucuq meyvəsi 5–10 mm uzunluğunda, 5–6 mm enində olub, yumurtavari-kürəşəkillidir.

Ekologiyası Mülayim iqlim zonalarında, quru yerlərdə, qarışıq meşələrdə, əhəngli torpaqlarda yayılmışdır.

Azərbaycanda yayılması Təbii halda cənub bölgəsində, Gəncədə, Göygöldə, Bakıda bağ və parklarda rast gəlinir.

Kolxida şümşadı adı ilə Azərbaycan üçün xarakterik və mühafizəsinin gücləndirilməsi tələb olunan vəhşi fauna və yabanı flora növləri siyahısına daxildir.

İstifadəsi Müxtəlif fiqurların, yaşıl çəpərlərin, bordürlərin və s. düzəldilməsində istifadə olunur.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Afrika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri