Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri.
Həyatı və fəaliyyəti Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub.
Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib.
Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edibNəriman Yusifov: "Müstəqillik böyük nemətdir".
21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan SSR ədliyyə nazirləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Bakı şəhərinin prokurorları