Əbdülxaliq Gicduvani (; ) — Mərkəzi Asiyada sufiliyinin inkişafında mühüm rol oynamış Xacəgan silsiləsinin banisi.
Həyatı Əbdülxaliq 1103-cü ildə Buxara yaxınlığında Gicduvan adlı qəsəbədə anadan olmuşdu."Risaləyi-Sahibiyyə" adlı əsərində (s. 95–96) anlatdığına görə atası, Malik ibn Ənəsin nəslindən, zahiri və batıni elmlərə vaqif bir alim olan Malatyalı Əbdülcəmil İmamdır. Düşmənləri tərəfindən şəhərdən çıxarılan Malatya sultanının taxt-tacını yenidən bərpa etməsinə köməklik edən Əbdülcəmil, 113 yaşında olmasına baxmayaraq mükafat olaraq sultanın qızıyla evləndirilir. Bu zaman Xızır Abdülcəmilə bu evlilikdən bir oğlan uşağının dünyaya gələcəyini müjdələyir və onun adını Abdülxaliq qoymasını istəyir.
Gicduvani, səbəbini açıqlamadığı bir məsələyə görə atasının bir müddət sonra Malatyadan ayrılmaq məcburiyyətində qaldığını və Buxaraya gedərək Gicduvan kəndində məskunlaşdığını, özünün də burada dünyaya gəldiyini qeyd edir.
Əbdülxaliq Gicduvani yenə öz ifadəsinə görə, iyirmi iki yaşına qədər onu mənəvi övlad edən Xacə Xızırın tərbiyəsi altında qaldıqdan sonra Buxaraya gələn məşhur fəqih və mütəsəvvif Yusif Həmədaninin (v. 1140) müridləri arasına qatıldı. Bəzi qaynaqlara görə Yusif Həmədani Buxaraya deyil, Səmərqəndə gəlmiş və Gicduvani ona burada intisab etmişdir.
Nəqşibəndi təriqətinin ilk təməl əsaslarını quran Əbdülxaliq Gicduvani Məvəraünnəhr və Buxara bölgəsində təsəvvüf və təriqət xidmətlərini davam etdirmişdir. Nəqşibəndiliyin "on bir əsasını" quran Gicduvanidən Bahaəddin Nəqşibəndin "üveysi" yolu ilə feyz aldığı rəvayət edilir.
Əbdülxaliq Gicduvaninin Bahaəddin Nəqşibənddən daha əvvəl ölməsinə baxmayaraq, aralarında məşrəb bənzərliyi səbəbiylə, üveysi bir yaxınlıq olmuşdur. Əbdülxalıq Gicduvani də, Şahı Nəqşibənd də, xəfi zikri cəhri zikrə tərcih etmişlər.
Nəqşibəndiliyin on bir əsası Əbdülxaliq Gicduvani tərəfindən tənzim edilmişdir.
Ədəbiyyat F. Meier, Zwei Abhandlungen über die Naqšbandiyya, Stuttgart 1994, s. 25; Kasım Kufralı, "Gucduvânî", İAA, IV, 820–821; S. Naficy, "G̲h̲ud̲j̲duwānī", EI2 (İng.), II, 1077–1078; K. A. Nizami, "ʿAbd-al-Ḳāleq Ḡoǰdovānī", EIr., I, 120–121.
Həmçinin bax Nəqşibəndilik Yusif Həmədani
İstinadlar
Kateqoriya:Nəqşibəndilik Kateqoriya:Müsəlman dini liderlər