UNESCO-nun baş qərargahı (, ) 1958-ci ilin 3 noyabrında Fransanın paytaxtı Paris şəhərində yerləşən Place de Fontenoy mərkəzində açılmışdır. Binaya giriş pulsuzdur.

Dizaynı UNESCO-nun baş qərargahının binası üç memarın birgə əməyi nəticəsində ərsəyə gəlmişdir: Bernard Zerfus (Fransa), Marsel Broyer (Macarıstan) və Piyer Luiqi Nervi (İtaliya).

Quruluşu İdarəetmənin yerləşdiyi əsas bina üçbucaqlı ulduz formasında olan yeddi mərtəbədən ibarətdir. Buraya daimi nümayəndə heyətləri və qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş “akkerdeon” adlanan bir bina və kubik bina da əlavə edilmişdir.

Fransa ilə əlaqələr Binanın tikildiyi ərazi Fransa hökumətinin mülkiyyətindədir. 22 dekabr 1952-ci ildə imzalanan sərəncama əsasən onun UNESCO-nun sərəncamına verilməsi Xarici İşlər Nazirliyinə təyin edildi.

center|700px|thumb|Dünya İrsi Mərkəzinin ən yüksək mərtəbəsindən Paris şəhərinin mənzərəsi

Həmçinin bax UNESCO

İstinadlar

Xarici keçidlər Bienvenue au Siège de l'UNESCO - UNESCO

Kateqoriya:Fransa muzeyləri Kateqoriya:1958-ci ildə yarananlar Kateqoriya:Parisin görməli yerləri Kateqoriya:UNESCO