Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı.

Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi.Əbdürrəzzaq Dünbülü. Tarix-e Dənabilə, səh 9 Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir.İskəndər bəy Münşi. Tarix-e aləm ara-ye Abbasi, Tehran,1320, səh-576,762 Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, o cümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığıMəhəmməd Kazım. Tarix-e aləm ara0ye Nadiri, I cild, Moskva,1960, səh 89a altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi.

Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi.Məhəmməd Kazım. Tarix-e aləm ara0ye Nadiri, I cild, Moskva,1960, səh 219 Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl.Məhəmməd Kazım. Tarix-e aləm ara0ye Nadiri, I cild, Moskva,1960, səh 278 Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı.Məhəmməd Kazım. Tarix-e aləm ara0ye Nadiri, I cild, Moskva,1960, səh 279 Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu. Nadir şahın ölümündən sonra Əliqulu xan Müqəddim hər cür asılılığa son qoyaraq Marağanı müstəqil xanlıq, özünü də hakim elan etdi.

Azərbaycanın cənub xanlıqlarının əmələ gəlməsi və spesifik xüsusiyyətləri XVIII əsrin ortalarında zorakılıqla Nadir şahın hakimiyyəti altında birləşdirilmiş ölkələr iri feodallar tərəfindən idarə olunan ayrı-ayrı xanlıqlara (feodal dövlətlərinə) parçalandı. İran və ona daxil olan vilayətlərdə feodal pərakəndəliyi özünün yüksək zirvəsinə çatdı. Ara müharibələri və mərkəzi şah hakimiyyəti uğrunda gedən müharibələr bir-birinə qarışdı.

XVIII əsrin ikinci yarısında İran hakimiyyəti uğrunda gedən müharibələr paytaxtın 6 dəfə dəyişilməsinə və mərkəzi hakimiyyətin 14 dəfə biri digəri ilə düşmənçilik edən müxtəlif feodalların və sülalələrin əlinə keçməsinə səbəb oldu. Bu dövrdə İran taxt-tacı uğrunda bir-birilə qarşıya duran iyirmiyə yaxın nüfuzlu sərkərdə mübarizə aparırdı.

İranda belə vəziyyyətin davam etməsi, mərkəzi dövlət aparatının tamamilə dağılması ayrı-ayrı vilayətlərdə irsən iqtisadi və siyasi hakimlər olan yerli iri feodallara müstəqil hökmranlıq etmək imkanı verdi.

Beləliklə tarixən əmələ gələn obyektiv şəraitlə əlaqədar olaraq İran, Gürcüstan, Əfqanıstan, Dağıstan və başqa yerlərdə olduğu kimi, Azərbaycanda da müstəqil dövlətlərdən ibarət yerli xanlıqlar yaranmış oldu.

Xanları

Sıra Xan Hakimiyyət illəri Haqqında1Əliqulu xan Müqəddəm2Hacı Əliməhəmməd xan Müqəddəm3Əhməd xan Müqəddəm 1763–17974Cəfərqulu xan Müqəddəm5Mirzə Hüseyn xan Müqəddəm6Hacı Əli xan Müqəddəm1807–18677Məhəmmədhəsən xan Müqəddəm1843–18968Səməd xan Şücaətdövlə1852–19149İsgəndər xan Sərdar Nasir Müqəddəm

Xanlığın inzibati qurluşu Marağa xanlığını təşkil edən mahallar aşağıdakılar idi:

Təkab mahalı — Marağa xanlığının cənub-şərqində yerləşən ən böyük mahallardan biri idi. O, şimaldan sərəs, Qaraağac, cənubdan Miranşah, şərqdən Ənguran, qərbdən Sayınqala mahalları ilə həmsərhəddir. Mahalın ərazisi dağlıqdır. Bulaq və buradan axan yeganəTəkəb çayı əhalini su ilə təmin edirdi. Təkəb mahalı çox geniş əraziyə malik olduğu üçün inzibati cəhətdən Tikantəpə və Aşağı təkab nahiyyələrinə ayrılırdı.

Təkab mahalının ümumi inzibati mərkəzi mühüm ticarət və strateji əhəmiyyətli olan Tikantəpə kəndi idi. Burada dükanlar, həftəbazarı və hamam var idi.

Sayınqala mahalı — xanlığın cənub-şərqində yerləşən bu mahal şimaldan Əcirli, Çahar döl mahalları, cənubdan Kürdistan (Saqqız mahalı), şərqdən Təkab mahalı, qərbdən Kürdistan (Bokan mahalı) ilə həmsərhəddir. Əhali əsasən maldarlıqla məşğul idi.

Mahal onun qərb sərhəddindəki Cığatu çayının Sarıq qolu və burada mövcud olan çeşmələrin suyu ilə təmin edilirdi.

Sayınqaladan başqa yerlərə gedən yollar (Miyandab və Təkab yollarını istisna etməklə) yarasızdır. Nisbətən əlverişli olan Miyandab və Təkəb yolları da yağışlı və qarlı günlərdə keçilməz olurdu.

Mahalın cənub-qərbində Kirifli dağı uzanır. Orada bir sıra mağaralar vardır. Dağın müxtəlif yerlərində və mağaraların divarlarında çoxlu daşüstü təsvirlər və yazılar vardır.

Mahalın mərkəzi Kürdistana gedən yol üzərində yerləşən Sayınqala kəndi müəyyən strateji və hərbi əhəmiyyətə malik idi. Sayınqalada Böyük xan, Mirzəcan, Qırx ayaq və Şah Məhəmməd Novdanı adlı çeşmələr axırdı. Çox güman ki, kənddəmüdafiə əhəmiyyətli Sayın adlı qalanın olması ilə əlaqədar olaraq ona həmin ad verilmişdir.

Əcəbşir mahalı — xanlığın şimal-qərb hissəsində yerləşmişdir. O, şimaldan Dehxarqan mahalı, cənub və qərbdən Urmiya gölü, şərqdən Marağa ilə həmsərhəddir. Əcəbşirin ərazisi Qalaçay və bir sıra çeşmələr hesabına suvarılırdı. Mahal Marağa və Dehqarxan şəhərləri ilə rahat karvan yolu vasitəsilə birləşirdi. Mahalın mərkəzi eyni adlı kənd idi. Burada dükün və həftəbazar mövcud idi. Qarağac mahalı — xanlığın cənub-şərqində yerləşib şimaldan Sərəskənd, cənubdan Təkab mahalı, şərqdən Sərab xanlığı, qərbdən Marağa mahalı ilə həmsərhəddir. Mahal Aydoğmuş, Qala, Quşqovan, Qaranqu çayları və bir sıra çeşmələr vasitəsilə su ilə təmin edilirdi. Qaraağacda bir sıra tarixi abidələr və müalicə əhəmiyyətli mineral su mənbələri vardır. Mahalın mərkəzi Qarağac kəndi idi. Kəndin yaxınlığında hündür bir təpə üzərində müdafiə əhəmiyyətli Ərzaxoran adlı qala var idi. Binəb mahalı — mərkəzi eyni adlı qəsəbə idi. Binab Marağa şəhərinin 16 kilometrliyində yerləşir. Əhali Sofi çayından və quyu suyundan istifadə edirdi. Burada bir karvansara, bir neçə dükkan bə həftəbazarı var idi. Miyandab mahalı — mahal Marağanın cənub-qərbində,Urmiya gölünün sahilində və tam düzənlikdə yerləşmişdir. O, şimaldan Kavdil kəndi, cənubdan Tatau, şərqdən Çığıtı və qərbdən Urmiya gölü ilə həmsərhəddir. Miyandabın havası istiya maildir və ərazisinin müəyyən hissəsi bataqlıqdır. Burada ilin bütün fəsillərində mal-qaranın otlaması üçün yaş yem olduğu üçün qoyunçuluq geniş yayılmışdır.

Mahalın mərkəzindən əlavə, onun böyük kəndləri olan Qabanava və Zənciravada da həftəlik bazar təşkil edilirdi. Miyandabı başqa şəhər və mahallarla rahat karvan yolları birləşdirir. Mahalın mərkəzi Miyandab qəsəbəsi idi. Xanlığın başqa mahallarına nisbətən burada ipəkçilik daha artıq inkişaf etmişdir.

Marağa mahalı — Marağa mahalına Marağa şəhəri və mahala tabe olan kəndlər daxil idi.

Xanlığın coğrafi yerləşməsi Cənubdan Kürdistan(Saqqız mahalı), şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü və Kürdistanla (Sulduz mahalı ilə) həmsərhəddir. Onun havası Urmiya gölü ilə həmsərhəd olan yerlərdə nisbətən isti, dağlıq yerlərdə (Cənub və Şərq sahələrdə) isə mülayimdir.Ə. Rəzmara. Fərhəng-e coğrafiya-ye İran, IV c, səh 48

Xanlığın ərazisindən axan sofi, Zərrinə, Siminə (tas be sər), Ağ, Sərgünə və Qızılca adlı dağlardan alırdı. Marağanın torpağı münbit, bərəkətli və məhsuldardır.

Marağa xanlığının təəsərrüfat həyatı 250px|thumb|right|Azərbaycanın Cənub xanlıqlarının siyasi xəritəsi Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdan ibarət idi. Eyni zamanda burada bir sıra başqa dənli bitkilər, pambıq, bəzərək və s. bu kimi kənd təsərrüfatı məhsulları becərilirdi.Ə. Rəzmara. Fərhəng-e coğrafiya-ye İran, IV c, səh 49 Marağada üzümçülük Azərbaycanın başqa vilayətlərinə nisbətən daha geniş yayılmışdı. Maldarlıqla məşğul olan əhali vilayətin şərq və cənub sahələrində yaşayırdılar.

XVIII əsrin II yarısında əhalinin əsas peşələrindən biri də bağçılıq və bostançılıq idi. ayrı-ayrı xanlıqlarda külli miqdarda müxtəlif növlü meyvə və bostan məhsulu yetişdirilirdi.ЦГВИА, ф.446,д.175,л.6 bunların içərisində üzümcülük daha geniş yer tuturdu. Başqa xanlıqlara nisbətən Marağa, Urmiya və təbriz vilayətlərində daha bərəkətli və keyfiyyətli məhsul əldə edilirdi. Xanlıqların kənd təsərrüfatında pambıqçılıq və ipəkçilik də müəyyən yer tuturdu. Xanlıqlar dövründə pambıq, ipək istehsalı Marağa, Ərdəbil və Urmiya xanlıqlarında daha geniş yayılmışdı. Xanlıqlarda, xüsusi ilə təbriz, Marağa, Sərab və urmiyada geniş tut ağacları sahələri var idi, bu da həmin vilayətlərdə ipəkçiliyin inkişafına əlverişli şərait yaradırdı.Tağı Bəhrami. Dairət-ül-maarif, səh.80

Sənətkarlıq Əvvəlki dğvrlərdə olduğu kimi, XVIII əsrin II yarısında da şəhər təsərrüfat həyatının əsas sahələrindən birini sənətkarlıq təşkil edirdi. Müstəqil xanlıqların meydana gəlməsi ölkənin iqtisadi həyatında cüzi dirçəlişə səbəb olsa da, feodal münasibətləri, natural təsərrüfat geridə qalmış kustar sənayenin inkişafına imkan vermirdi. Feodal münasibətlərinə xas olan xüsusiyyətlərlə əlaqədar olaraq bu dövrdə təsərrüfat, eləcə də sənətkarlıq müəyyən durğunluq xüsusiyyətlərinə malik idi.F. M. Əliyev. Şimali Azərbaycan şəhərləri, səh.23 Buna baxmayaraq, XVII əsrin ikinci və XVIII əsrin birinci yarısına nisbətən xanlıqlar dövründə sənət və sənətkarlıq sahələrində müəyyən yüksəliş hiss olunurdu. Sənətkarlar əsasən xanlıqların paytaxtları Təbriz,Ərdəbil, Urmiya,Xoy, Marağa,Əhər, Sərab kimi böyük şəhərlərdə,Xalxal,Səlmas,Mərənd, Dehxarqan, Nəmin və sairə ikinci dərəcəli şəhərlərdə, qismən mahal mərkəzlərində (qəsəbələrdə və böyük kəndlərdə) toplanmışdılar.

Xanlıqda dəmir,mis,daş kömür və mərmər daş mədənləri var idi. Marağanın 50 kilometrliyindəki Daşkəsən nahiyyəsindən çıxan mərmər daşları öz keyfiyyəti ilə bütün Azərbaycanda şöhrət qazanmışdır. burada həm də çoxlu miqdarda mədən suları vardır.

Toxuculuq — sənətkarlığın bu sahəsində birinci yeri ipək parçaların toxunması tuturdu. XVIII əsrin ikinci yarısında Təbriz, Marağa, Urmiya çəhərlərində müxtəlif növ və çeşidli ipək parçalar toxunurdu. Azərbaycan xanlıqlarında xalçaçılığın geniş yayılması boyaqçılıq sənətinin daha da inkişaf etməsinə səbəb olmuşdur. Onun müxtəlif şəhərlərində, o cümlədən Təbriz,Ərdəbil,Marağa,Urmiya,Xoy,Salmas və Sərab şəhərrlərində çoxlu boyaqçıxanalar fəaliyyət göstərirdi.

Metal emalının əsas sahələrindən biri də dəmirçilik idi. Dəmirçilər balta,mişar, qıfıl, iynə, nal,bıçaq tiyələri, kənd təsərrüfatı alətləri, ev şeyləri və s. istehlak alət və vəsaitləri hazırlayırdılar. Xanlıqlar dövründə gözəl ornamentlərlə bəzənmiş saxsı qablar, tikintilər üçün bişmiş kərpic və rəngarəng kaşıların istehsalı da geniş yer tuturdu.

XVIII əsrin ikinci yarısında ölkənin müxtəlif xanlıqlara bölünməsi, xanlar arasında gedən şiddətli rəqabət, feodal-ara müharibələri, kəskin sinfi ziddiyyət və vaxtaşırı xarici hücumlar xanlıqlarda lazımi miqdarda silahlı dəstələrin saxlanılmasını və onların silahlandırılması zəruriyyətini meydana çıxardı. Məhz buna görə də, xanlıqlarda əslahələr hazırlayan çoxlu sənətkarlar, "Əsləhəsazlar" və onların fəaliyyət göstərdikləri müəssisələr, "cəbbaxanalar" meydana gəlmişdi.

Cəbbaxanalarda əsasən soyuq (qılınc, nizə, xəncər, iri bıçaq), qismən atəş açan (zənburək, top, barıt, çaxmaqlı tüfəng) və başqa silahlar istehsal edilirdi.

Cəbbəxana,dabbaqxana və bu kimi emalatxanalar istisna edilməklə, sənətkar dükanları əsasən şəhər bazarlarında yerləşirdi. Gön hazırlama, dəri aşılama, bir sözlə dabbaqxana çoxlu su tələb etdiyi və ətrafa xoşagəlməz qoxu yayıldığı üçün belə sənətlə şəhər daxilində, bazarlarda məşğul olmaq olmazdı. Ümumiyyətlə xanlıqlar dövründə mövcud olan sənət sahələri əsasən aşağıdakılar idi: Dərzi Zərgər Borkçu Nalbənd Başmaqçı Dəmirçi Misgər Halvaçi Dabbaq Sərrac Nəccar Toxucu Memar Bənna Boyaqçı Keçəci Əsləhəsaz Nəqqaş Şərbaf Qundaqsaz Həllac Həkkak Kürəpəz