Mehmet Emin Koral (; ) — Türk əsgəri.
Hərbi fəaliyyəti Hacı Mustafa bəyin oğludur. 1900-cü ilin 14 martında Topçu və İstehkam Hərbi Akademiyasınının Topçu bölməsinə daxil olmuş və 1902-ci ilin 6 dekabrında oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə 1905-ci ilin 5 noyabrında Hərbi Akademiyadan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir.
11 yanvar 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qatılmaq üçün İneboluya gəldi. 23 yanvar 1922-ci ildə 1-ci Ordunun Baş Qərargah rəisi təyin edildi. Böyük hücumdan sonra 18-ci şöbənin komandiri təyin edildi. O, 31 avqust 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 9 sentyabr 1922-ci ildə İzmirə daxil olan ilk komandirlərdən idi. 23 noyabr 1922-ci ildə İzmir komandiri vəzifəsinə təyin edildi. Müharibədən sonra qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir.
31 oktyabr 1924-cü ildə 4-cü korpusun komandiri vəzifəsinə təyin edildi. Eyni zamanda 30 Avqust 1926-cı ildə general-leytenant rütbəsinə yüksəldi. 26 Avqust 1929-cu ildə təqaüdə çıxdı.
12 avqust 1959-cu ildə İstanbulda vəfat etdi. Böyükadada dəfn edildi.
Ailəsi Osmanlı dövlət adamlarından Şakir Paşanın kürəkəni, ilk Türk peşəkar qadın dulusçuluq sənətçisi Füreya Koralın atasıdır.
Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
İstinadlar
Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 164.
Kateqoriya:1881-ci ildə doğulanlar Kateqoriya:1959-cu ildə vəfat edənlər Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi