Baluan Şolaq () və ya Nurməhəmməd Baymırzaulı (; 1864, Karaoktel, indiki Aqmola vilayəti, Qazaxıstan – 1919, Kayraktı, indiki Cambul vilayəti, Qazaxıstan) — Qazaxıstan musiqiçisi, bəstəkarı, dombraçalanı, igidi və döyüşçüsü.
Bioqrafiya Əslən ulu juzlardan biri olan dulatların Sambet tayfasından olan Nurməhəmməd Baymırzaulı 1864-cü ildə indiki Qazaxıstanın Aqmola vilayətində, Şu çayının sahillərində yerləşən Karaoktel kəndində anadan olmuşdur. Atasının adı Baymırza, anasının adı isə Qaynıkey olub. Uşaqlıqda xalq mahnıları oxuyar və dombra ifa edərdi. Gənc yaşlarında Baluan Şolaq () ləqəbini qazanmışdır. Daha sonra Şolaq müxtəlif aullar gəzmiş, istedadlı gənc dombraçalanları öz yanına almış və o dövrün adət-ənənələrinə uyğun əyləncə yığıncaqları qurmuşdur. Baluan Şolaq onun müəllimləri hesab edilən Birjan-sal və Axan Serinin əsərlərini ifa edər, onları xalq arasında məşhurlaşdırırdı. O, özünün bəstələdiyi və yazdığı mahnıları da oxuyardı.
Baluan Şolaq Kokçetau, Karaotkel, Bayanaul, İrtışətrafı və Sarısuətrafı kəndləri gəzmiş və Sarıarka və Yeddisu vilayətlərinin xalq mahnıları yayırdı. Onlar arasında «Aşılı-Ayrık», «Baluan Şolaq», «Dikildek», «Kokşetau», «Qosalka», «Qos baraban», «Qos perne», «Qulan kisines», «Kenje qonır» «Jeldirme» var. Rusiya musiqi etnoqrafı Aleksandr Viktoroviç Zatayeviç Baluan Şolaqın bəzi xalq mahnılarını qeydə almış və onları «Qazax xalqının 1000 mahnısı» və «500 qazax mahnısı və kyuyu» adlı kolleksiya kitablarına daxil etmişdir.
Baluan Şolaq yaxşı at sürücüsü idi. O, əyləncə üçün at belində olarkən çoxlu akrobatik hərəkətlər göstərərdi. Baluan Şolaq həmçinin güclü bir pəhləvan olaraq tanınırdı. O, on dörd yaşında ikən 20 yaşlı pəhləvanları məğlub edərdi. Baluan Şolaq Omsk şəhərində keçirilən bir müsabiqədə Sevr adlı məşhur bir güləşçini məğlub etmişdir. O, 49 yaşında ikən Karon adlı bir güləşçi ilə güləşmiş və onun belini qırmışdır.
İstinadlar
Kateqoriya:Dulatlar Kateqoriya:Qazaxıstan yazıçıları Kateqoriya:Qazaxıstan şairləri Kateqoriya:Qazaxıstan bəstəkarları Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya imperiyasının bəstəkarları