Sunda (sunda. ᮅᮛᮀ ᮞᮥᮔ᮪ᮓ, Urang Sunda) — İndoneziyanın Yava adasının qərb hissəsində avstraneziyalı yerli etnik qrup. Onlar təxminən 40-42 milyondur və qonşu yavalılardan sonra sayına görə İndoneziyanın ikinci etnik qrupudur. Sundalılar öz dilində özlərini Urang Sunda (Sunda xalqı) adlandırırlar. Orang Sunda və ya Suku Sunda İndoneziya dilində ekvivalentidir.

Sundalılar ənənəvi olaraq Qərbi Yava, Banten, Cakarta və Mərkəzi Yavanın qərb hissələrində cəmlənmişdir. Sundalı miqrantlar Lampunq və Cənubi Sumatra və Mərkəzi Yava və Şərqi Yavada daha az təsadüf olunur.

Etimologiyası

Sunda adı "Sanskrit" ön şəkilçisindən gəlir və "yaxşılıq" və ya "yaxşı keyfiyyətə malik" deməkdir. Məsələn nümunə qızılı təsvir etmək üçün suvarna ( "yaxşı rəng" ) sözündən istifadə edilir. Sunda həm də Hindu tanrısı Vişnunun başqa bir adıdır. Sanskritdə Sundara (erkək) və ya Sundari (qadın) sözü "gözəl" və ya "mükəmməllik" deməkdir. Sunda termini həmçinin parlaq,təmiz və ağ deməkdir.

Tarixi və mənşəyi

Köçmə nəzəriyyəsi

thumb|right|Jaipongan Moyanq Prianqan.Ənənəvi Sunda rəqs tamaşası.

Sundalılar avstraloid mənşəyinə malik olaraq Tayvandan gəlib Filippinə köçdükləri və e.ə 1500-ci illə e.ə 1000-ci illər arası Yavaya çatdıqları düşünülür.Taylor (2003), p. 7. Bununla yanaşı müasir sundalıların avstraloid əcdadlarının bu gün mövcud olan Yava dənizi, Malakka və Sunda boğazlarının arasında batmış bir yarımada olan Sunda torpağından gəldiyi də iddia olunur. Son genetik tədqiqata görə, Sundalar yavalılar və balilər ilə birlikdə avstraloid və avstraliyalı irsi arasında paylanan genetikanın demək olar ki bərabər paylaşırlar.

Əfsanənin kökü

Ənənəvi ilkin sunda dini (Sunda Vivitan) inancında Sunda xalqının mifik mənşəyi vardır.Qədim Sunda inancın yüksək ilahi varlığı Sanq Xanq Kersa Sasaka Pusaka Buanada (Yer kürəsindəki müqəddəs yer) yeddi bataraları (tanrılar) yaratdı. Bu bataraların ən yaşlısı Batara Cikal adlanır və "Kanekes xalqı"nın əcdadı sayılır. Digər altı bataralar da Qərbi Yavanın Sunda torpaqlarında müxtəlif yerlər idarə edirdilər. Sanqkuryanın bir Sunda əfsanəsi Bandunqun dağlıq ərazisindəki qədim gölün Sundalıların Mezolit dövründən bu günə qədər ən az 20 min il əvvəl yaşadığı bölgənin xatirəsini ehtiva edir. Sunda dünyasının qəlbi olan digər məşhur əfsanə Parahyanqan (Prianqan) dağlıqlarının yaranması ilə bağlıdır; "Hiyan (tanrı) gülümsəyəndə, Parahyanqan torpağı yaradıldı". Bu əfsanə Parahyanqan yaylasının təbii gözəlliyini və tanrıların məskəni kimi təqdim edir.

Hindu-buddist krallıqları dövrü

thumb|right|Boqordaki Batutulis yazısı xalqın Prabu Silivanqi adı ilə tanınan Sunda kralı Sri Baduqa Maharayanın əməllərini təsvir edir.

Yavanın Qərb hissəsində Sunda aləmində yaranmış ən qədim tarixi siyasi dövr 4 və 7-ci əsrlər arasında inkişaf edən Tarumanaqara səltənətidir. Hindu təsirləri sundalılar üçün Tarumanagara yazılarından aydın olduğu kimi 4-cü əsrin əvvəllərində çatmışdı. Bununla belə, Sundalılar bu dharmik inancını həyat tərzinə çevirsələr də onların Yava tərəfdaşları kimi kütləvi bir dövr olmadı. Göründüyü kimi mərkəzi məhkəmə hindu-buddist mədəniyyətini və qurumunu qəbul etməyə başlamasına baxmayaraq, ümumi sundalılar hələ də doğma və ata-baba ibadətlərini qoruyub saxlamışlar. 4-cü əsrdə qədim meqalit mədəniyyəti yəqin ki, hələ sağ idi və nüfuzlu Hindu təsirlərin yanında idi. Məhkəmə mədəniyyəti qədim zamanlarda məsələn, Sunda Krallığının dövründə inkişaf etmişdi, lakin sundalılar Mərkəzi və Şərqi Yavada yavalılar tərəfindən inşa edilənlərə böyük dini abidələr tikmək üçün vəsait olmadığı görünürdü.Hefner (1997) Ənənəvi sunda düyü əkinçilik üsulu palavra humanın (quru düyü əkinçilik) yavalılar tərəfindən sulanan savah nəmli düyü becərilməsindən (kompleks idarəetmə, koordinasiya və bir çox işçi qüvvələri tələb edən) fərqli olaraq, həmçinin az miqdarda əhalisi olan sunda kəndlərinin inkişafına kömək etdi.

Hər bir bölgəni təcrid edən coğrafi məhdudiyyətlər sunda kəndlərinin sadə həyat tərzindən və müstəqilliyindən daha çox zövq almasına gətirib çıxardı.Yəqin ki Sunda xalqının qayğısız təbiətinə, bərabərliyinə, mühafizəkarlığına, müstəqilliyinə və bəzi fərdi sosial baxışlarına qatqı təmin edəcək amil idi. Sundalılar təbiətini qoruyub saxlamaq və ekosistemi qorumaq üçün təbiətlərini mənəvi yollarla sevir və onlara tabe olurdu. Mühafizəkar tendensiya və onların xarici təsirlərə qarşı bir az müxalifəti Kanekes və ya Baduy xalqının qəti şəkildə qəbul etdiyi həddindən artıq təcridedici tədbirlərdə nümayiş olunur. Yadellilərlə qarşılıqlı əlaqə qurma və xarici fikirlər texnologiya və həyat tərzlərini qəbul etmə qaydalarına malikdir. Onlar təbii ekosistemi qoruyub saxlamaq üçün ağacları kəsməmək və meşə canlılarına zərər vermə kimi bəzi qadağaları da qoydular.

"Sunda" adını xatırladan ən qədim tarixi qeydlərdən biri Sukabumi yaxınlığında Cibadakda aşkar edilmiş 952 saka (1030-cu illər) tarixində Sanqhyanq Tapak yazısında vardır. 1225-ci ildə Çin yazıçısı Çou Yu-kua Çu-fan-çi adlı kitabında Banten və ya Kalapa limanına aid olan Sin-to (Sunda) limanını ehtimalla təsvir edir. Bu qeydləri araşdıraraq göründüyü kimi, "Sunda" adı 11-ci əsrin əvvəllərində, onların qərb qonşularını təyin etmək üçün Yava dili kimi istifadə olunurdu. Başqa Çin mənbəyi daha çox Banten və Sunda Kelapa limanı kimi istinad edir. Sri Baduqa Maharaya ( Kral Silivanqi kimi tanınan ) hakimiyyəti altında olan Pacacaran (paytaxt) dövründə Sunda Krallığının birliyi və şəxsiyyətinin formalaşması və möhkəmlənməsindən sonra xalqın ortaq ümumi şəxsiyyəti daha möhkəm şəkildə qurulmuşdur. Onlar öz səltənətlərini, xalqlarını və dillərini müəyyən etmək üçün "Sunda" adını qəbul etdilər.

Hollandiyanın hakimiyyəti altında

thumb|right|Garutda Anqklunqla (musiqi aləti) oynayan sundalı oğlanlar. 1910-1930-cu illər

Daxili Pasun dağlıq və təpəlikdir və 19-cu əsrə qədər qalın meşəlik və az miqdarda məskunlaşdırılmış yer idi. Sundalılar ənənəvi olaraq kiçik və təcrid edilmiş məskənlərdə yaşayırdılar, yerli məhkəmələrin nəzarətini çətinləşdirirdilər. Sundalılar yavalılardan fərqli olaraq, ənənəvi olaraq quru əkinçiliklə məşğul olurdular. Bu amillər sundalıların daha az sərt idarəçiliyi və daha müstəqil ictimai davranışı ilə nəticələndi. 19-cu əsrdə, hollandiyalı müstəmləkənin istismarı qəhvə, çay və kinənin istehsalı üçün daxili aləmini açdı və dağlıq cəmiyyət özünəməxsus sundalı zehniyyətini daha da gücləndirərək, sərhəd aspektinə qovuşdu.

Müasir dövr

Gözəlliklərinə görə İndoneziya etnikləri arasında məşhur olan sundalılar 16-cı əsrin əvvəllərində "Summa Oriental" adlı hesabatında Tome Pires yazırdı: "Zadəgan təbəqədən olan sunda qadınları gözəldir, aşağı təbəqədə olanlar isə deyil ". Sundalı qadınlar indoneziyalıların qiymətləndirilməsində ölkənin ən gözəlidir. İndoneziyadakı məşhur fikirə görə iqlim səbəbindən digər indoneziyalılara nisbətən sundalılarda parlaq dəri var və xam meyvə tərəvəzlərlə pəhriz etdiklərinə görə xüsusilə də yumşaq dərilərə sahibdirlər. Xalqın məşhur "Moyanq Prianqan" kimi tanınan Bandunq xanımları tanınmış,mükəmməl üslublu və irəli görünüşlü xanımlardır. Demək olar ki bu gün bir çox sundalılar İndoneziyanın əyləncəli sənayesində karyera qururlar.

Dil

thumb|300px|left|Xəritə Yavada Sunda ərazisini göstərir thumb|right|Sunda skriptləri (yazı sistemi)

Sunda dili təxminən 36 milyon nəfər tərəfindən danışılır və indiki İndoneziyada yava dilindən sonra ən geniş yayılmış ikinci dildir.Taylor (2003), p. 120-121 2000-ci ildə İndoneziya əhalisinin sayı 30,9 milyona çatırdı. Bu dil Banten əyalətinin cənub hissəsində və Qərbi Yavanın əksər hissəsində və şərqdə Brebes, Mərkəzi Yava ərazisində Pamalı çayına qədər olan ərazilərdə danışılır.

Sundalılar həmçinin yava diliylə olduğu kimi malay və minanq dili ilə yaxından əlaqəlidirlər. Sundalılar rütbə və hörməti ifadə edən müxtəlif dil səviyyələrindən istifadə edirlər. Sundalılar yavalı və malaylı ilə oxşar sözlər bölüşürlər. Sunda-Banten ləhcəsindən Sunda-Mərkəzi Yava ləhçəsinə qədər olan bir neçə sunda dialekti vardır, bu da yavalıların elementləri ilə qarışıqdır. Ən fərqli ləhçələrin bəziləri Banten, Boqor, Prianqan və Cirebondadır. Mərkəzi Yavada Sunda dili bəzi Cilacap və bəzi Brebes bölgəsində danışılır. Məlumdur ki, ən orijinal Sunda dili dialekti Ciamis, Tasikmalaya, Qarut, Bandunq, Sumedanq, Sukabumi və xüsusilə Cianyur (Cianyurda yaşayan insanlar tərəfindən istifadə olunan təmiz sunda dilində danışılan dialekt) orijinal forması sayılır. Şimal sahillərində danışan Sunda dili isə Banten və Cirebon daha az zərif sayılır. Baduy xalqının dili Yava dili ilə nümayiş etdirilən (təsir etdiyinə görə) rütbə və hörməti ifadə etmək üçün dil stratifikasiyası konsepsiyasını qəbul etməzdən əvvəl tərəfindən danışılmış dil Sundan dilinin arxaik tipi sayılırdı .

Bu gün Sunda dili çoxu latın yazısı ilə yazılır. Sunda dili mətbuatının bir nümunəsi Latın qrafikası ilə yazılmış Manqle jurnalıdır, lakin 14-cü və 18-ci əsrlər arasında istifadə edilən Sunda yazı növünün canlandırılması üçün bir səy vardır. Misal üçün Bandunqda küçə və Qərbi Yava şəhərlərin adları indi Latın və Sunda yazısı ilə yazılır.

Din

thumb|right| Akad nikah (nikah şəhadətnaməsi).Sunda müsəlman toyunda ustad və şahidlərin qarşısında söz verir.

Sundalıların ilkin dini sistemləri ata-baba (karuhun) və təbiət ruhuna aid olan təbiət ruhuna həsr olunmuş animizm və dinamizm idi, hələ də bəzi panteizm xüsusiyyətlərini daşıyırdı. Ən yaxşı göstəricilər ən qədim epik şeirlər (vavacan) və uzaq Baduy tayfası arasında yerləşir. Bu din Sunda Vivitan ("erkən Sunda") adlanır.Dadan Wildan, Perjumpaan Islam dengan Tradisi Sunda, Pikiran Rakyat, 26 March 2003 Düyü əkinçiliyi ənənəvi sundalıların mədəniyyətini, inanclarını və ritual sistemini formalaşdırmışdı, digərləri arasında düyü və məhsuldarlığın tanrıçası kimi Nyai Pohaci Sanghyanq Asriyə hörmət edilmişdir. Qərbi Yavadakı sundalılar ölkəsi İndoneziya arxipelaqının Hind-Buddist təsirlərinə məruz qaldığı ən erkən yerlərdən biridir. Tarumanaqara krallığı 4-cü əsrin əvvəllərində Sunda Krallığının Hinduizmini qəbul etdi. Karavanqdakı Batucaya stupa kompleksi Qərbi Yavadakı buddist təsirini göstərir.Qarut yaxınlığında Canqkuanq Şivaik məbədi isə hinduizm təsirini göstərir. 16-cı əsrin müqəddəs Sanghyang siksakanda ng karesian mətnində dini və mənəvi qaydaları, rəhbərliyi antik qədim Sunda xalqı üçün dərsləri ehtiva edir.

XIV-XVI əsrlərdə İslam dinin yayılması Hindli müsəlman ticarətçiləri tərəfindən və Hindu Sunda Krallığının dağılmasından və sahilyanı Qərbi Yavada Banten və Cirebon İslam sultanlıqların qurulmasından sonra sürətləndi. Çox sayda uləmalar (yerli olaraq "kyai") Parahyanqan dağlıq bölgələrinə kəndlərə gələrək məscid və məktəbləri (pesantren) qurdu və sunda xalqı arasında İslam dinini yaydı. Kiçik ənənəvi sundalı icmalar təcrid olunmuş yerli sosial və inanc sistemlərini qoruyub saxlayaraq özünü təcrid etməyi bacardı və daxildə Lebak bölgəsinin Baduy (Kanekes) xalqı kimi xarici təsirləri, prozelitizm və modernləşmədən imtina etdi. Bəzi Sunda kəndləri Ciququr Kuninqan kimi Sundanın erkən inanclarını qoruduğu halda, Tasikmalayadaki Kampunq Naga kimi bəzi kəndlərdə və Bogor'daki Sindang Barang Pasir Eurih, özlərini müsəlman olaraq tanıdıqlarına baxmayaraq hələ İslam əvvəli ənənələri və tabularını (qədim adətlərini) qoruyub saxlamışlar. Bu gün sundalıların çoxu sünni müsəlmanlardır.