Uxt-Navolok burnu () — Rusiya, Arxangelsk vilayəti, Primorsk rayonu, Petrominsk kənd sovetliyinə daxildir. Oneqa yarımadasıənın şimalında, Qorbolukski burnundan isə 4.5 km qərb-cənub-qərb istiqamətində yerləşir. Oneqa və Letnı sahilləri arasında yerləşir. Uxt-Navolok burnunda dağlar sahilə yaxın ərazidə yerləşir. Cənuba doğru isə sahildən uzaqdadırlar. Uxt-Navolok burnu ilə Letnaya Zolotisa körfəzi arasındakı sahil sıldırımlıdır. Burunun sonucunda qum və daşdan təşkil olunmuş dil vardır. Burundan cənubda hündürlüyü 50 m olan dairəvi təpə mövcuddur. Uxt-Navolok burnundan 2,5 mil şimal-qərbdən şimalda Jijqinski adası yerləşir.

İstinadlar

Mənbə Онежский залив (СЕВЕРО-ВОСТОЧНЫЙ БЕРЕГ ОНЕЖСКОГО ЗАЛИВА) Мыс Ухтнаволок на SW; Остров Жижгинский на W (рис., 27 Kb)

Xəritələr Uxt-Navolok burnu Wikimapia xəritəsində Мыс Ухт-Наволок. Публичная кадастровая карта Topoqrafik xəritə Q-37-25_26

Kateqoriya:Arxangelsk vilayəti burunları Kateqoriya:Ağ dəniz burunları