Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı.
Fəaliyyəti Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdurFariz Xəlilli. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi . Bakı - 2009, səh. 110, history.az . O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir.
Əsəri Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verirFariz Xəlilli. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi . Bakı - 2009, səh. 111, history.az . Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Şamaxıda təhsil Kateqoriya:XVIII əsr şəxsləri