() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Şimal yarımkürəsində, Himalayda, Cənubi Asiyada təbii halda bitir.
Botaniki təsviri Hündürlüyü 100-250 sm, möhkəm, yuxarıya istiqamətlənmiş, düz dayanan koldur. Qabığı açıq bozumtul-qonurdur. Yarpaqların uzunluğu 1,5-4,5 sm, eni 1,6-2,5 sm, möhkəm, uzunsov-yumurtavarı və ya uzunsov-ellipsvarı, ucu biz, bünövrəsi yumru, bəzən uzunsovdur. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri az saylıdır. Çiçək saplaqları cavan budaqların aşağı yarpaqlarının qoltuqlarında ikiçiçəklidir. Çiçəkaltlıqları lansetvarı, uzunluğu 0,7-1,3 sm-dir. Kasacığın kənarı 5 enli dişciklərə bölünmüşdür. Çiçək tacının uzunluğu təxminən 2,2 sm, sarımtıl, borucuğun içərisi tükcüklüdür. Yuxarı dodağı enli, aşağı dodağı uzunsovdur. Giləmeyvələri qırmızı, yüngül, göyümtül çöküntülüdür.
Ekologiyası Qışadavamlılığı yüksəkdir. İşıqsevəndir.
Azərbaycanda yayılması Kiçik Qafqazda və Naxçıvanda rast gəlinir.
İstifadəsi Şaquli yaşıllaşdırmada istifadə edilir.
İstinadlar
Həmçinin bax