Orxan Vəli Qanıq (; əsl adı ilə: Əhməd Orxan Qanıq, 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir.İz Buraxanlar: Orxan Vəli. Hürriyyət qəzeti. Səhifə. 4 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır.
Yeni bir zövq yaratmaq üçün köhnə olan hər şeydən uzaq duran Orxan Vəli, Heca vəzni və Əruz vəznilərini istifadə etməyi rədd etdi. O, qafiyənı primitiv, Metafor, Təşbeh, mübaliğə kimi ədəbi sənətləri isə lazımsız hesab etdiyini açıqladı. “Keçmiş ədəbiyyatların öyrətdiyi hər şeyi, bütün ənənəni atmaq” məqsədilə yola çıxan Qanıqın bu arzusu şeirdə istifadə edə biləcəyi texniki imkanları məhdudlaşdırsa da, şair mövzu seçimi, qeyd etdiyi şəxslər və istifadə etdiyi sözlərlə özünə yeni sahələr yaratdı.Sadə bir ifadə tərzini mənimsəyərək şeir dilini danışıq dilinə yaxınlaşdırdı. 1941-ci ildə dostları ilə birlikdə nəşr etdikləri “Qərib” adlı şeir kitabında bu fikirlərinin nümunəsi olan şeirlər yayımlandı və Qərib cərəyanının yaranmasına səbəb oldu. Bu cərəyan xüsusilə 1940–1950-ci illər arasında Cümhuriyyət dövrü şeirində böyük təsir yaratdı. "Qərib" şeiri həm dağıdıcı, həm də yaradıcı xüsusiyyəti ilə Türkiyə ədəbiyyatında bir dönüm nöqtəsi hesab edilirThéma Larousse: Tematik Ansiklopedi, Milliyet, 1993-1994. Cilt 6. Sayfa 92..
Qanıq, şeirə gətirdiyi bu yeniliklər səbəbindən əvvəlcə böyük ölçüdə yad qəbul edildi, çox sərt tənqid olundu və lağ edildiArslanoğlu, Kaan. Memleketimden karakter manzaraları. İthaki Yayınları, 2006. ISBN 978-975-273-202-5. Sayfa 306. Ənənələrin xaricinə çıxan əsərləri əvvəlcə təəccüb və yadlıqla, daha sonra isə əyləncə və kiçiltmə ilə qarşılanmasına baxmayaraq həmişə maraq doğurmuşdur. Bu maraq qısa müddətdə şairə olan anlayışın, sevginin və heyranlığın artmasına səbəb oldu. Səid Faiq Abasıyanıq da Orxan Vəlinin bu tərəfinə diqqət çəkərək onu belə təsvir etdi: “Ən çox diqqət çəkmiş, bəzən lağa qoyulmuş, bəzən qəbul edilmiş, təkrar inkar edilmiş, təkrar qəbul olunmuş; dövründə həm yaxşı, həm də pis şöhrət qazanmış bir şair”Abasıyanık, Sait Faik. Orhan Veli Kanık. Yedigün Dergisi, 2 Şubat 1947.
Hər nə qədər Qərib dövründə yazdığı şeirlərlə ön plana çıxsa da, Orhan Veli “tək janr”da şeirlər yazmaqdan çəkinmişdi. Dayanmadan axtaran, özünü yeniləyən və qısa həyatı boyunca uzun bir şeir sərgüzəşti yaşamış Kanıkın ədəbi həyatı müxtəlif mərhələlərdən ibarətdir. Oqtay Rüfət bu vəziyyəti belə izah etdi: “Orxan qısa ömründə Fransız şairlərinin bir neçə nəslin şeir macərasını yaşadı. Türk şeiri onun qələmi sayəsində Avropa şeiri ilə ayaqlaşdı və bir neçə nəslin bəlkə ard-arda bacara biləcəyi dəyişimi o bir neçə il ərzində tamamladı”Rifat, Oktay. Orhan Veli Kanık. Yeditepe Dergisi, 1 Şubat 1950Rifat, Oktay. Orhan Veli Kanık. Vatan, 16 Kasım 1952.
Həyatı Uşaqlığı və təhsili thumb|rght|Ruməlihisarı sahilində yerləşən Orxan Vəli heykəli. Heykəldə, əlində kitab tutan şairə bir qağayı müşayiət edir. Orxan Vəli Qanıq, 13 aprel 1914-cü ildə Bəykoza bağlı Yalıköydə, İshak Ağa yoxuşunda yerləşən Çayır Küçəsindəki 9 nömrəli evdə dünyaya gəldi. Atası, İzmirli tacir Fəhmi Bəyin oğlu Məhmət Vəli, anası isə Bəykozlu Hacı Əhmet Bəyin qızı Fatma Nigar xanımdır. Əhalinin şəxsiyyət sənədinə görə əsl adı Əhməd Orxan olan şairin atası Vəli olduğundan, sənətçi Soyad Qanunu əvvəl Orxan Vəli kimi tanınmışdır. Orxan Vəlinin atası evləndiyi vaxt Mızıka-yı Hümâyunda Klarnetçi idi. Cümhuriyyət elanından sonra isə Prezident Simfoniya Orkestrinin dirijoru oldu. Vəli Qanıq, həm bu yeni vəzifəsi, həm də Musiki Muallim Məktəbində (Ankara Konservatoriyası) armoniya professoru olması səbəbindən 1923–1948-ci illər arasında Ankarada yaşamışdır. Bu dövrdə bir müddət Ankara Radiosunda direktor vəzifəsi də tutan Veli Bəy, sonrakı illərdə isə İstanbul Konservatoriyasında elmi şura üzvü və İstanbul Radiosunda səs üzrə mütəxəssis kimi çalışmışdır. Orxan Vəlinin ondan kiçik iki qardaşı vardı. Bunlar Vətən Qəzetinin müxbirləri Adnan Vəli Qanıq və Füruzan Yolyapandır. Şairin həmçinin, bir yaşında Ankarada vəfat etmiş Ayşə Zərrin adlı bir bacısı da vardır.
Orxan Vəlinin uşaqlığı Bəykoz, Beşiktaş və Cahangirdə keçmişdir. Mudros müqaviləsi dövründə Akaretlərdə yerləşən Anafartalar İlk Məktəbinin hazırlıq (ana) sinfinə davam etmişdir. Bir il sonra isə bu məktəbdən çıxarılaraq Qalatasaray Liseyinə yatılı olaraq verildi. Yeddi yaşında olarkən xəlifə II Əbdülməcidin Ulduz sarayı (İstanbul)da təşkil etdiyi bir toy mərasimində sünnət edilmişdir. 1925-ci ildə dördüncü sinfi bitirdikdən sonra atasının istəyi ilə Galatasaray Liseyindən ayrılaraq anası ilə birlikdə Ankaraya köçdü. Orada Qazi İlk Məktəbinə yazıldı. Bir il sonra isə Ankara Oğlan Liseyinə (indiki adı ilə Ankara Atatürk Liseyi) yatılı olaraq qəbul olundu. Qanıq uşaqlıq illərində bəzi xəstəliklər və təhlükələrlə də üzləşmişdir. Məsələn, beş yaşında yanma təhlükəsi keçirmiş və uzun müddət müalicə almışdır. Şair doqquz yaşında qızılca, on yeddi yaşında isə skarlatina (qızılca) xəstəliyinə tutulmuşdur.
Qanıqın ədəbiyyata olan marağı ibtidai sinif illərində başlamışdır. Bu dövrdə “Çocuk Dünyası” adlı jurnalda bir hekayəsi dərc olunmuşdur. Orta məktəbin yeddinci sinfində oxuduğu dövrdə Oqtay Rüfətlə tanış olmuşdur. Bir neçə il sonra isə bir müsabiqə zamanı Xalq Evində Melih Cevdet Anday ilə dostlaşmışdırAnday, Melih Cevdet. Açıklığa Doğru. 1984, sayfa 10.. Liseyin ilk ilində ədəbiyyat müəllimi Əhməd Həmdi Tanpınar olmuşdur. Tanpınar, müəllimi olduğu müddətcə Qanıqa tövsiyələr vermiş və onu istiqamətləndirmişdir. Şair, lisey dövründə dostları Oktay Rıfat və Melih Cevdet ilə birlikdə “Sesimiz” adlı bir jurnal nəşr etmişdir. Bu dövr, sənətçinin həyatında Əruz vəzni qaydalarını və ahəngini öyrəndiyi və ilk şeirlərini yazdığı mərhələ olmuşdur.
Qanıq yenə liseydə teatr fəaliyyətlərində iştirak etmişdir. Məsələn, Rəşid Rza tərəfindən səhnələşdirilən “Aktör Kin” oyununda rol oynamışdır. Ankara Xalqevində Ərcümənd Behzad Lav tərəfindən səhnələşdirilən Əhməd Vəfik paşa Molyerdən uyğunlaşdırdığı “Zor Nikâh”da Üstâd-ı Sanî rolunu, Moris Meterlinkin “Monna Vanna” əsərində isə ata rolunu üzərinə götürmüşdür. Qanıq sonrakı illərdə teatr sahəsindəki fəaliyyətinə tərcüməçi olaraq davam etmiş və bir çox əsəri Türk dilinə çevirmişdir .
Şair 1932-ci ildə liseyi bitirmişdir. İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin fəlsəfə bölməsinə qeydiyyatdan keçmişdir. 1933-cü ildə Ədəbiyyat Fakültəsi Tələbə Cəmiyyətinin sədri seçilmişdir. 1935-ci ilə qədər davam etdiyi universiteti bitirmədən oradan ayrılmışdır. İstanbul Universitetinə gedərkən eyni zamanda davam etdirdiyi Qalatasaray Liseyindəki müəllim köməkçisi vəzifəsinə, məktəbdən ayrıldıqdan sonra bir il daha davam etmişdir .
Sonrakı həyatı və sənət həyatı Qanıq daha sonra Ankaraya gedərək PTT Ümumi Müdirliyi, Teleqraf İşləri Rəhbərliyi, Beynəlxalq Qaydalar Bürosunda işləməyə başladı. Şair Ankaraya qayıtdıqdan sonra köhnə dostları Oqtay Rüfət və Məlih Cevdət ilə yenidən bir araya gəldi və bu üçlük oxşar üslubda şeirlər yazmağa başladı. 1936-cı ildə Nahid Sırrı Örikin şeirlərini dərc etdirmələrini tövsiyə etməsindən sonra, “Varlık” jurnalında Orxan Vəlinin “Oaristys”, “Ebabil”, “Eldorado”, “Düşüncelerimin Başucunda” adlı şeirləri yayımlandı. Jurnalda Orxan Vəli və dostları ədəbiyyat dünyasına belə təqdim olunmuşduÖzkırımlı, Atilla. 25. ölüm yıldönümünde Orhan Veli: Kendisinden önceki şiir ne değilse onu yazmaya çalışan şair. Milliyet Sanat Dergisi. 14 Kasım 1975. Sayı: 158, Sayfa 5.: “Varlık” jurnalının şeir heyəti yeni və güclü gənc imzalarla zənginləşməkdədir. Aşağıda dörd şeirini oxuyacağınız Orxan Vəli, indiyə qədər əsərlərini dərc etməsə də, yetkin bir sənətkardır. Gələcək nömrələrimizdə onun və dostları Oqtay Rüfət, Məlih Cevdət və Məhməd Əli Selin şeirimizə gətirdiyi yeni ruhu daha yaxşı göstərəcəyik..
Bu ilk şeirlərini, bir qismini Məhməd Əli təxəllüsü ilə yazılmış digər şeirləri izlədi. 1936–1942-ci illər arasında “Varlık”ın bir sıra “İnsan”, “Ses”, “Gençlik”, “Küllük”, “İnkılâpçı Gençlik” jurnallarında da şeirləri və yazıları dərc olundu. Orxan Vəli bu dövrün ilk illərində yazdığı şeirlərin forması, quruluşu və məzmunu baxımından heca şairi kimi qəbul edilmişdir. 1937-ci ildən sonra isə həm Qanıq, Anday və Xoruzcu yeni üslubda şeirlərini yayımlamağa başlamışlar.
thumb|left||Qanıqın Ruməlihisarı sahilində yerləşən heykəlinin detalı 1939-cu ildə Qanıq dostu Məlih Cevdət Anday ilə birlikdə avtomobil qəzası keçirdi. Bu hadisənin nəticəsində iyirmi gün komada qaldı. Qəzanın səbəbi Andayın sürdüyü avtomobilin Çubuq Su Anbarı təpəsindən aşağı yuvarlanması idi. 1941-ci ilin may ayında “Garip” seçkisi nəşr olundu. Bu kitabda şairin iyirmi dörd şeiri, həmçinin Məlih Cevdətin on altı, Oqtay Rüfətin isə iyirmi bir şeiri yer aldı. Kitabdakı şeirlər qədər diqqət çəkən ön sözü isə Orxan Vəli yazmışdır. Bu kitab sonradan “Birinci Yeni” kimi də tanınacaq Garip hərəkatının başlanğıcı olduOkay, Orhan. Şiir Sanatı Dersleri, Cumhuriyet Devri Poetikası. Erzurum, 1984.. Garip hərəkatının qurucuları Qanıq, Xoruzcu və Anday radikal bir mövqe ilə onlardan əvvəl gəlmiş heca şairlərini və Əhməd Həşimin şeirlərini, həmçinin Nazim Hikmətin toplumçu-realist şeirlərini rədd etdilər. Kitabdakı şeirlər və ön söz ədəbiyyat aləmində böyük müzakirələr yaratdı. Xüsusilə Orxan Vəlinin yazdığı “Yazık Oldu Süleyman Efendi'ye” misrası diqqət mərkəzində oldu. Bu misranı bəziləri tənqid edərkən, bəziləri onun oğurluq olduğunu iddia etdi. Digər bir qrup isə bu misranı Türk dilində yazılmış ən gözəl misralardan biri hesab etdi. Bu mübahisələr nəticəsində misra çox populyar oldu, hətta Nurullah Ataçın sözləri ilə “vapurlara, tramvaylara, kahvələrə qədər” yayıldı və deyim xarakteri qazandı. Orxan Vəlinin “Yazık oldu Süleyman Efendi'ye” misrası qədər məşhur olaraq gündəlik dilə daxil olmuş digər bir misrası isə Əhməd Həşimin “Göllerde bu dem bir kamış olsam” misrasını tənqid etmək üçün yazdığı “Rakı şişəsində balık olsam” misrası idi.
Şair PTT-dəki vəzifəsindən Hərbi xidmət səbəbi ilə 1942-ci ildə ayrıldı. 1945-ci ilə qədər Gelibolu şəhərinin Kavak kəndində hərbi xidmətini yerinə yetirdi. Bu dövrdə yalnız altı şeiri dərc olundu. 1945-ci ildə Leytenant rütbəsi ilə hərbi xidmətdən tərxis edildi və Milli Təhsil Nazirliyi (Türkiyə)nin Tərcümə Bürosunda işləməyə başladı . Fransız dilindən etdiyi tərcümələr nazirliyin klassiklər seriyasından nəşr olundu. Şair 1945-ci ilin fevralında “Vazgeçemediğim” adlı şeir kitabını, apreldə isə “Garip”in yalnız öz şeirlərini əhatə edən ikinci nəşrini çap etdi. Bu kitabları 1946-cı ildə yayımlanan “Destan Gibi” və 1947-ci ildə nəşr olunan “Yenisi” izləyirdi.
1946-cı ilin seçkilərindən sonra Həsən Əli Yücəlin Milli Təhsil Nazirliyi vəzifəsindən ayrılması nəticəsində Yücəlin yaratdığı Tərcümə Bürosu da önəmini itirdi. Qısa müddət sonra Qanıq istefa etdi. Sonrakı illərdə onun ayrılma səbəbi kimi Rəşad Şəmsəddin Sirər nazir olduqdan sonra yaranan basqılı mühitdən narahat olması göstərildiOnger, Fahri. Orhan Veli Kanık. Yenilik Dergisi. Aralık 1953. Bu istefanın səbəbini Orxan Vəlinin dövlət xidmətinə uyğunlaşa bilməməsi kimi şərh edənlər də oldu. Ayrıldıqdan sonra Məhməd Əli Aybarın çıxardığı “Hür” və “Zincirli Hürriyet” qəzetlərində esse və tənqid yazıları yazdı. 1948-ci ildə Jan de Lafontenin nağıllarını türkcəyə çevirdi və “Ulus” qəzetində “Yolcu Notları”nı nəşr etdirdi.