Malta (, ) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км²-dir.

Adı İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir.

Coğrafiya və iqlim thumb|left|192px|<center>Malta adası Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük gissəsi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıq dənizi iqlim tipinə xasdır. Fevralda orta temperatur 12 °C, avqusta 25 °C, illik yağıntının miqdarı 530 mm-dir. Adada şirin su qıtlığı vardır. Suya olan tələbat əsasən Siciliya adasından gətirilməklə və ya dəniz suyu şirinləşdirilməklə ödənilir. Adada piniya şamı, kserofit kollar, kaktuskimilər yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Malta adaları