() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Monqolustan və Rusiyada yayılmışdır. Şimali Amerikadan təsvir edilmişdir.
Botaniki xarakteristikası Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur. Yarpaqları xətvari, yastı, tüklü, növbəli düzülüşlüdür. Çiçəkyanlığı tüklü, meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır. Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə, sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir. May ayında çiçəkləyir. Oktyabr ayında meyvə verir. Meyvəsi yumrudur. Toxumları hamar, dəyirmi olub, diametri 2 mm-dir.
Ekologiyası Yarımsəhra və səhra zonalarında, düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə), qumluqlarda bitir. Quraqlığa və duzluluğa davamlı, torpağa az tələbkar, işıqsevən və küləklə tozlanan bitkidir.
Azərbaycanda yayılması Samur-Dəvəçi, Xəzər, Kür-Araz ovalıqlarında, Naxçıvanda, Lənkəran və Abşeronda yayılmışdır.
İstifadəsi Zülallarla zəngin yem bitkisidir. Yüksək qida xüsusiyyətləri, məhsuldarlığı ilə fərqlənir. Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:İraq florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avrasiya florası