() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şərqi Egey adaları, İran, Türkiyə, Şimali və Cənubi Qafqaz üçün endemik bitkidir.

Botaniki xarakteristikası Uzunluğu 1-2 m-dək olan, qalın, ətli köklü, sürünən bitkidir. Gövdəsi çılpaq və ya zəif tükcüklü, uzunluğu 1-2 m-dəkdir. Yarpaqları uzun saplaqlı, nazik, yumurtavari və ya uzunsov-yumurtavari, kənarları bütöv, dərin ürəkşəkilli, bünövrəsində yumru qanadlı, ucu biz, çılpaq, uzunluğu 8 sm-dək və eni 5 sm-dir. Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir, yan çiçəkləri nazik ayaqlarda, çiçəkyanlığına bərabər və ya ondan uzun, xırda çiçəkaltlıqlıdır. Çiçəkyanlığı əvvəlcə zəngvari, uzunluğu 6-8 mm, ulduzvari şaxələnmiş, uzunsov-xətvari, yumru hissəli, 3 damarcıqlıdır. Meyvələrin diametri təxminən 2 mm, üstü çox batıq, hamar, qapaqla açılır; toxumların kənarları iti qara-qonur, parlaqdır.

Ekologiyası Rütubətsevən, torpağa az tələbkardır.

Azərbaycanda yayılması Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda rast gəlinir.

İstifadəsi Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1817-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:İran florası Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları