Xosrov Cəfərov (tam adı: Xosrov İsrafil oğlu Cəfərov; ) — Azərbaycanın tanınmış pəhləvanı, Güləş üzrə Azərbaycan milli komandasının yeniyetmələrdən ibarət üzvlərinin baş məşqçisi (1974-2007-ci illər). Azərbaycan Respublikasının əməkdar məşqçisi,Azərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı. goal.az, 05.09.2018 SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi.
Həyatı Xosrov Cəfərov 31 oktyabr 1947-ci ildə Bakı şəhərinin Maştağa kəndində anadan olub.
Karyerası İdmançı Xosrov Cəfərov 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub. Sərbəst güləşin sirlərini Ordu İdman Klubunda öyrənib.
Müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı olub. 1968-ci ildə orta çəkidə Azərbaycan SSR Çempionu olub. Bundan sonra 1969, 1970, 1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub saxlayıbAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı - Xosrov Cəfərov . kaspi.az, 05.09.2018 .
O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıbAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı - Xosrov Cəfərov . moderator.az, 05.09.2018 .
Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub. Eyni zamanda yeniyetmələr arasında SSRİ mükafatçısı, gənclər arasında SSRİ çempionu adını qazanıbAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı – Xosrov Cəfərov . avropa.info, 05.09.2018 .
Məşqçi Xosrov Cəfərov məşqçilik fəaliyyətinə 1969-cu ildən başlayıbAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı – Xosrov Cəfərov . turkustan.info, 05.09.2018 .
1969-1987-ci illərdə İxtisaslaşmış Güləş Məktəbi məşqçi işləyib və uğurlu idmançılar yetişdiribBayrağımızı dünya arenalarında dalğalandıranların ustadı – Xosrov Cəfərov . yenicag.az, 05.09.2018 .
1974-cü ildən ömrünün sonuna qədər yeniyetmələr üzrə milli komandanın baş məşqçisi olub.
1988-ci ildən isə “Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi kimi fəaliyyətə başlayıbAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı – Xosrov Cəfərov. bizimyol.info, 05.09.2018 .
Xosrov Cəfərovun rəhbərliyi ilə sərbəst güləş üzrə Azərbaycan seçməsi 1996-cı ildə İranın paytaxtı Tehranda təşkil edilmiş dünya birinciliyində komanda hesabında 3-cü yeri tutmuşdurƏməkdar məşqçi Xosrov Cəfərov 62-ci doğum günündə yad edilir . awf-az.org, 31.10.2009 . Onun sayəsində 1998-ci ildə millinin nəticəsi bir az da yaxşılaşıb. İngiltərənin Mançester şəhərində 2-ci yeri tutan Azərbaycan yığması, eyni nəticəni bir il sonra Polşanın Lodz şəhərində də təkrarlayıb.
Azərbaycan Respublikasının əməkdar məşqçisi idi.
Ölümü Xosrov Cəfərov 8 yanvar 2007-ci ildə - Bakıda keçirilən ölkə çempionatının ikinci günü uzun sürən xəstəlikdən 59 yaşında ikən vəfat etmişdirAzərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı – Xosrov Cəfərov - FOTOLAR . mynews.az, 05.09.2018 . Həmin gün mərhum güləş ustadının xatirəsi ölkə çempionatında "Cəngi" sədaları ilə yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Ölümündən sonra 2007-ci ilin sonunda Azərbaycan Milli Olimpiya Komitəsinin mükafatına layiq görülmüşdürAzərbaycan prezidentini MOK-un ordeni ilə təltif edəcəklər . trend.az, 26.12.2007 .
Yetirmələri Onun yetirmələri - yeniyetmələr arasında 2 dəfə dünya birinciliyinin qalibi Namiq Sevdimov, Atlanta və Sidney olimpiadalarının iştirakçısı Elşad Allahverdiyev, Dünya kubokunun sahibi Vüqar Qurbanov, beynəlxalq turnirlərin qızıl mükafatçısı Anar İsmayılov, gənclər arasında SSRİ birinciliklərinin mükafatçıları Ehtiram Babayev, Rəsul Əmirov, İsa Səgərov, Həmid Rəsulov, Firudin Ağasıyev, Əfqan və Bəhruz Məmmədov qardaşları və başqa tanınmış güləşçilər Azərbaycanı beynəlxalq yarışlarda müvəffəqiyyətlə təmsil ediblər.
Ailəsi Oğlu Əjdər Cəfərov Azərbaycan Güləş Federasiyasının baş katibiƏjdər Cəfərov: Bizim təkcə torpaqlarımız yoxdur – MÜSAHİBƏ + FOTOSESSİYA. oxu.az, 13.11.2014 vəzifəsində işləyibBaş katib vəzifəsindən azad edildi . publika.az, 03.02.2016 , əməkdar məşqçi, “Tərəqqi” medalının mükafatçısıdır"Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli, 2399 nömrəli Sərəncamı. e-qanun.az . Daha əvvəl isə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olduğu dövrdə ölkəni beynəlxalq arenada layiqincə təmsil edərək, 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarının və 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarının hakimi olmuşdur.
Xatirəsi Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin Xosrov Cəfərov adına Güləş Klubu (“Xosrov Cəfərov” GK) ödənişsiz fəaliyyət göstərir“Xosrov Cəfərov” yunan-Roma güləşi yarışının qalibi oldu . allsport.az, 13.11.2015 “Gələcəyin olimpiyaçıları” turnirinin qalibləri “Azəri” və "Xosrov Cəfərov" klubu oldu. olimpnews.az, 14.11.2015 “Xosrov Cəfərov” və “Hövsan” güləş komandaları “Gələcəyin Olimpiyaçıları” yarışının finalına yüksəliblər . azertag.az, 13.11.2015 .
İstinadlar