Mixail Mirzəyev (tam adı: Mixail Etibar oğlu Mirzəyev; 27 avqust 1922, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı trombon ifaçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasında opera artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). Bioqrafiyası
Mixail Mirzəyev 1946-cı ildə Sergey Bulatovun sinfində Bakı musiqi məktəbini bitirmişdir. Sonra isə Bakı Konservatoriyasını bitirmişdir.
1948-ci ildən Azərbaycan Dövlət Akademik Filarmoniyasının orkestrında çalışmışdır. 1954 - 1981-ci illərdsə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının salisti olur. Musiqi məktəb, uçiliş və konservatoriyalıarında musiqi müəllimi kimi dərs demişdir.
1982-ci ildə isə Azərbaycan Sovet Sosialist Respublikası Əməkdar artisti adına layiq görülmüşdür.
Ədəbiyyat Болотин С. В. Энциклопедический биографический словарь музыкантов-исполнителей на духовых инструментах. — 2-е изд., доп. и перераб. — М.: Радуница, 1995. — С. 178. — 4000 экз. — ISBN 5-88123-007-8.
Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri