«Kosmik Cihazqayırma Təcrübi Zavodu» Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində 1987-ci ildə təşkil olunan, məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisə.
Fəaliyyətlər Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış texniki və texnoloji sənədlər əsasında elmi tədqiqat üçün avadanlıqlar hazırlayır. hazırlayır. MAKA-ya elmi təcrübi sınaq işləri üçün verilmiş cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərində kosmosun tədqiqində, kosmosdan yeraltı və yerüstü sərvətlərin aşkar edilməsində o cümlədən, "Çernobıl" AES-də baş vermiş qəzanın aradan qaldırılmasında istifadə edilmişdir.
Bölmələri Mexaniki emal və qeyri-standart avadanlıqlar bölməsi. Elektronika bölməsi. Mikroelektronika bölməsi.
Mənbə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytı İstinadlar
Kateqoriya:Azərbaycan zavodları Kateqoriya:Bakı şirkətləri Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları