() — aləminə aid heyvan tipi.
Ümumi xarakteristika Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur.
Müxtəlifliyi
I yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata
I sinif. Xərçənkimilər-Crustacea 1 yarımsinif. Qəlsəməayaqlılar-Branchiopoda 1 dəstə. Qəlsəməayaqlılar-Anostaca 2 dəstə. Yarpaqayaqlılar-Phllopoda 2 yarımsinif. Çənəayaqlılar-Maxillopoda 1 dəstə. Kürəkayaqlılar-Copepoda 2 dəstə. Karpyeyənlər-Branchiura 3 dəstə. Bığayaqlılar-Ciripediya 3 yarımsinif. Ali xərçəngkimilər-Malacostraca 1 dəstə. Nazikzirehlilər-Leptostraca 2 dəstə. Mizidlər-Mysidacea 3 dəstə. Bərabərayaqlılar-Isopoda 4 dəstə. Yanüzənlər-Amphipoda 5 dəstə. Onayaqlı xərçənglər-Decapoda 4 yarımsinif. Çanaqlı xərçənglər-Ostracoda
II yarımtip. Xeliserlilər-Chelicerata
I sinif. Merostomlular-Merostomata 1 dəstə. Nizəquyruqlular-Xiphosura 2 dəstə. Xərçəngəqrəblər-Eurypteridae
II sinif. Hörümçəkkimilər-Arachnoidea 1 dəstə. Əqrəblər-Scorpiones 2 dəstə. Qamçıayaqlılar-Uropgi 3 dəstə. Yalançıəqrəblər-Pseudoscorpiones 4 dəstə. Büvələe(bövlər)-Solifugae 5 dəstə. Otbiçənlər-Opiliones 6 dəstə. Hörümçəklər-Aranea 7 dəstə. Akariform gənələr-Acariformes 8 dəstə. Parasitiformes-Parasitiformes
III yarımtip. Trilobitlər-Trilobita
IV yarımtip. Traxeyatənəffüslülər-Tracheata
I sinif. Çoxayaqlılar-Myriapoda 1 yarımsinif. İkicütayaqlılar-Diplopoda 2 yarımsinif. Doydaqayaqlılar-Chillopoda
II sinif. Həşərat-İnsecta I yarımsinif. İlk qanadsızlar-Apterygota 1 dəstə. Bığcıqsızlar-Protura 2 dəstə. Ayaqquyruqlular-Podura və ya Collembola 3 dəstə. İkiquyruqlular-Diplura 4 dəstə. Qılquyruqlular-Thysanura II yarım sinif. Qanadlılar-Pterygota 1 dəstə. Gündəcələr-Ephemeroptera 2 dəstə. İynəcələr-Odonata 3 dəstə. Tarakankimilər-Blattoptera 4 dəstə. Dəvədəliyikimilər-Mantoptera 5 dəstə. Termitlər-Isoptera 6 dəstə. Baharçılar-Plectera 7 dəstə. Embilər-Embioptera 8 dəstə. Qrillobittidlər-Grilloblattidae 9 dəstə. Göstərmələr-Phasmida 10 dəstə. Düzqanadlılar-Orhoptera 11 dəstə. Hemimeridlər-Hemimerida 12 dəstə. Dəriqanadlılar və ya qlağagirənlər- Dermaptera 13 dəstə. Zorapterlər-Zoraptera 14 dəstə. Otyeyənlər-Psocoptera və ya Copeognatha 15 dəstə. Lələkyeyənlər- Mallophaga 16 dəstə. Bitlər-Anoplura və ya Siphunculata 17 dəstə. Bərabərqanadlılar-Homoptera 18 dəstə. Yarımsərtqanadlılar və ya taxtabitlər- Hemiptera və ya Heteroptera 19 dəstə. Saçaqqanadlılar və ya tripslər-Tysanoptera 20 dəstə. Sərtqanadlılar və ya böcəklər-Coleoptera 21 dəstə. Yelpikqanadlılar-Strepsiptera 22 dəstə. Torqanadlılar-Neuroptera 23 dəstə. Dəvəciklər-Raphidioptera 24 dəstə. İriqanadlılar-Megaloptera 25 dəstə. Əqrəbşəkilli milçəklər-Mecoptera 26 dəstə. Bulaqçılar-Trichoptera 27 dəstə. Pulcuqluqanadlılar və ya kəpənəklər-Lepidoptera 28 dəstə. Pərdəqanadlılar-Hymenoptera 29 dəstə. Birələr-Aphaniptera və ya Siphonaptera 30 dəstə. İkiqanadlılar və ya milçəklər-Diptera
Xarici quruluşu Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülüdür. Kutikula dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ayrı-ayrı nümayəndələrində kutikula qalın və ya nazik örtük şəklində olur. Kutikula qatının tərkibində xitindən başqa, digər üzvi və qeyri-üzvi maddələr də vardır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında müəyyən miqdarda kalsium-karbonat vardır. Xitinli kutikula elastikdir. Buğumayaqlılarda böyümə qabıqdəyişməklə tamamlanır. Bu zaman bədən örtüyü soyulur, hipoderma daha yumşaq və zərif kutikula əmələ gətirir. Sonra köhnə örtük atılır və yeni kutikula qatı bərkiyəndən sonra heyvanın böyüməsi növbəti qabıqdəyişməyə kimi dayanır. Buğumayaqlılar, adətən inkişaf zamanı daha çox qabıq dəyişirlər, yetkin heyvanlar isə çox nadir hallarda qabıq dəyişir, ya da tamamilə dəyişmirlər. Buğumayaqlıların bədəni buğumludur. Buğumlar heteronomdur. Daha sadə quruluşlu formalarda homonom buğumluluq da müşahidə olunur. Bədəndə olan bir qrup buğumlar birləşərək ayrı-ayrı hissələri əmələ gətirmişdir. Buğumayaqlılarda bir-birindən fərqlənən üç hissə nəzərə çarpır: baş, döş və qarıncıq Başda buğumların sayı sabitdir. Döş və qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlarda, milçəklərdə və başqa cücülərdə isə nazikdir.
Dəri-əzələ kisəsi Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bununla əlaqədar olaraq, onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir. Bu əzələlər mürəkkəb quruluşlu olub, hərəkət zamanı daha tez yığılmaq qabiliyyətinə malikdirlər. Buğumayaqlılar bədən boşluğuna malikdirlər. Bədən boşluğu qarışıq bədən boşluğu (miksosel) adlanır.
Həzm sistemi Həzm sistemi üç hissədən-ön, orta və arxa bağırsaqdan ibarətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qidalanmağa uyğunlaşmışlar. Bununla əlaqədar olaraq, onlarda həzm sistemində müəyyən dərəcədə dəyişikliklər baş vermişdir. Bağırsaqda həzmə xidmət edən vəzilər də vardır.
Tənəffüs və ifrazat sistemi Tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan nümayəndələri isə ağciyər va traxeyalar vasitəsilə tənəffüs edir. İfrazat funksiyasını Malpigi boruları və bəzi vəzilər (koksal, yaşıl vəzilər) yerinə yetirir.
Qan damar sistemi Qan-damar sistemi açıqdır. Qan boşluq mayesi ilə qarışdığına görə, buğumayaqlıların qarışıq bədən boşluğunda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi ürək adlanır. Ürək boruşəkillidir və yanlarda yerləşən ostiy adlanan dəliklərə malikdir. Qan ürəyə bu dəliklərdən daxil olur. Ürəkdən çıxan qan, damarlarla axaraq bədən boşluğuna tökülür.
Sinir sistemi Sinir sistemi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Buğumayaqlıların bir qrupunda baş-beyin nahiyə daha yüksək quruluşlu olmaqla, bir çox mürəkkəb davranışların yerinə yetirilməsində mühüm rol oynayır. Buğumayaqlıların hiss orqanları da yüksək quruluşludur. Müxtəlif formalarında mürəkkəb fasetli göz, toxunma və kimyəvi hiss orqanları, eşitmə orqanları və s. inkişaf etmişdir.
İnkişafı Müxtəlif cinsli heyvanlardır, əksəriyyəti cinsi yolla çoxalırAğayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 308–309. İnkişafları ya mürəkkəb çevrilmə ilə (metamorfozla), ya da düzünədir.
Təsnifatı Buğumayaqlılar tipi 6 yarımtipə ayrılır: Xeliserlilər (Chelicerata) Xərçəngkimilər (Crustacea) Altıayaqlılar (Hexapoda) Çoxayaqlılar (Myriapoda) Trilobitkimilər (Trilobitomorpha) Marellokimilər (Marrellomorpha)
Həmçinin bax Burunlu (şişovurd) eliya Ayağı açıqrəngli birəcik
İstinadlar
Xarici keçidlər ITIS Avropa faunası Biolib Buğumayaqlılar
Kateqoriya:20–24 ID olan Taksonbar