Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu.

Klub karyerası Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.

Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.

25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır. O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir. 18 yaşı tamam olduqdan sonra isə onunla müqavilə imzalanmışdır. O, peşəkar karyerasında debütünü 5 avqust 2018-ci ildə Çelsi klubuna qarşı oyunda etmişdir. O, Uembli Stadionunda keçirilən 2018 FA Superkuboku görüşündə Con Stounsu əvəz etmiş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, final fitindən bir saniyə öncə meydana daxil olmuşdur.

Milli karyerası Qomeş Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2017 UEFA Avropa U-17 Çempionatında və 2017 FİFA Dünya U-17 Çempionatında millinin kapitanı olmuşdur. Qomeş Xorvatiyada keçirilən çempionatda Fransa U-17 millisinin dörddə bir finalda məğlub olmasına baxmayaraq, Turnirin Komandası heyətinə daxil edilmişdir. Hindistanda keçirilən çempionatda isə Qomeş millinin Yeni Kaledoniya millisinə qarşı ilk oyununda qolla yadda qalmış və millisi rəqibinə 7-1 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin avqust ayında Qomeş ilk dəfə Sloveniya, Xorvatiya və Hindistan millilərinə qarşı yoldaşlıq oyununda iştirak etmək üçün Fransa U-19 millisinə dəvət almışdır.

Oyun tərzi Komanda yoldaşları Qomeşə "N'Qolo Kante" ləqəbini veriblər. Qomeş topu almaq uğrunda apardığı mübarizəyə görə Fransa millisinin əsas yarımmüdafiəçisinə çox bənzəyir.

Şəxsi həyatı Qomeş Qvineya-Bisaulu futbolçu Amarildo Qomeşin oğludur. O, dizindən aldığı zədədən sonra karyerasını başa vurmuşdur. Bu vaxta qədər isə Bove və Renn klublarında çıxış etmişdir. 2017-ci ildən onun iki kiçik qardaşı Le Havr və Yevro klublarında çıxış edir. Le Parisien tərəfindən futbolçunun 2016-cı il profilində göstərilir ki, onun tarixə, xüsusilə Böyük Fransa inqilabına qarşı çox böyük marağı var.

Karyera statistikası

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuLiqa KubokuAvropaDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolPari Sen-Jermen B2017–18National 210————10Mançester Siti2018–19Premyer Liqa000000001010Ümumi karyera100000001020

Uğurları Mançester Siti FA Kommuniti Şild: 2018

Fərdi UEFA Avropa U-17 Çempionatı Turnirin Komandası: 2017

İstinadlar

Xarici keçidlər Soccerway profile FFF profile Manchester City profile

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Barnsli FK futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:Niderlandda legioner Fransa idmançıları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Palermo FK futbolçuları Kateqoriya:Yonq PSV futbolçuları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri