"Eyforiya " () — 2017-ci ildə çıxarılmış İsveç, Birləşmiş Krallıq və Almaniya birgə istehsalı olan dram filmidir. Eyforiya, rejissor Liza Lanqsetin ingilis dilli film debütüdür. Film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalının platforma seksiyasında nümayiş etdirilmişdir.

Məzmunu

İki bacı olan İnes (Alisiya Vikander) və Emiliya (Yeva Qrin) uzun illərdir ki, görüşmürlər. Buna səbəb onlar arasında baş vermiş qalmaqal olsa da, bacılar barışmağa qərar verirlər. Uğurla fəaliyyət göstərən rəssam olan İnes son dövrlərdə yaradıcılıq böhran yaşayır. Emiliya bacısını gizli bir yerə birlikdə səfər etməyə çağırır və bu səfərin onun üçün çox mühüm olmasını bildirir. Onların getdikləri yer o qədər əlçatmaz məkanda yerləşir ki, ora yalnız vertolyotla çatmaq mümkündür. Məkana çatdıqda İnes öyrənir ki, bacısı müaəlicəsi mümkün olmayan bir xəstəlikdən əziyyət çəkir və onların gəldikləri bu yer bir növ imkanlı adamlar üçün nəzərdə tutulmuş hospisdir. Burada müştərilər üçün yüksək səviyyəli xidmətlə həyatdan köçmə təmin edilir və Emili üçün təyin edilmiş vaxta cəmi altı gün qalıb. Ölüm qabağı Emili bacısı ilə münasibətlərini aydınlaşdırmağa çalışsa da, o, Emlinin seçimini qəbu edə bilmir. Ölüm və ayrılıqla üzbəüz qalmış bacılar ailə və sevgini dərk etməyə çalışırlar.

Rollarda

Alisiya Vikander — İnes Yeva Qrin — Emili Çarlz Dens — Daren Şarlotta Remplinq — Marina Mark Stenli — Xəstə Edrian Lester — Xəstə Katya Brenner — Tibb bacısı

İstehsal

2013-cü ilin dekabrında filmin istehsalının erkən mərhələsinə başlanılmış və 2015-ci ildə çıxarılması planlaşdırılmışdı. 2016-cı ilin əvvəllərində verdiyi müsahibədə Lanqset üçüncü filmində Avropada yüksəlməkdə olan intihara yardım fenomeni mövzusuna toxunulacağı və hadisələrin "uydurma evtanaziya klinikasında" baş verəcəyini qeyd edir.

6 may 2016-cı ildə Alisiya Vikander və onun London agenti Çarlz Kollier Vikarious Productions şirkətini yaradırlar. Şirkətin istehsalı olan ilk filmin Lanqsetin rejissorluğu ilə çəkiləcək, baş rollarda Vikander və Yeva Qrinin oynadığı iki bacının hekayəsindən bəhs edən "Eyforiya" filmi olacağı haqqında məlumat verilir.

Həmin ilin iyununda Şarlotta Remplinqin filmdə naməlum bir rolla çıxış edəcəyi bildirilir. Avqustda isə Çarlz Dens, Edrian Lester və MArks Stenlinin filmin aktyor heyətinə qatılması məlum olur.

Çəkilişlər

Filmin əsas çəkilişlərinə 2016-cı il avqustun əvvəllərində Münhendə başlanılmış, daha sonra çəkilişlər Almaniya Alplarında davam etdirilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Liza Lanqsetin filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İsveç filmləri Kateqoriya:İsveçin dram filmləri Kateqoriya:Uydurmada intihar Kateqoriya:Uydurmada xəstəxanalar Kateqoriya:2017-ci ilin İsveç filmləri Kateqoriya:2017-ci ilin Almaniya filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:2017-ci ilin müstəqil filmləri