thumb|250px|right|Su doldurulmuş stəkan thumb|250px Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddədir. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur.
Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir. Süni yolla tərkibində tritium olan daha ağır su əldə edilmişdir.
Etimologiyası "Su" sözünün ilkin forması Göytürk dilində "Sub" şəklində tələffüz olunurdu. Zamanla son hərfinin düşməsi ilə, Azərbaycan dilində də istifadə edilməyə davam edir
Canlı orqanizmlərdə Yer kürəsi səthinin 2/3-i su ilə örtülüdür.
Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə sudan ibarətdir. İnsanın vücudunun hər yerində — qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. müəyyən miqdarda su olur. Bioloji mayelərdə — qan, limfa, tüpürcək və mədə şirəsində suyun miqdarı 90–99%, sümük hüceyrələrində isə 20–24% olur. Canlı orqanizmlərdə suyun əsas hissəsi lokallaşmışdır. Buna hüceyrədaxili su deyilir. Hüceyrəarası boşluqların və bioloji mayelərin tərkibinə daxil olan su isə hüceyrəxarici su adlanır. İnsan orqanizmindəki suyun 2/3 hissəsi hüceyrədaxili, 1/3 hissəsi isə hüceyrəxarici sudur. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2–3 litr intervalında su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.
Suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür. Su organizmdə çox önəmlidir. Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradanda toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su həmçinin, orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir.
Kimyəvi tərkibi Su həm də çox universal mühitdir. İnsan qidasını təşkil edən maddələrin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular, orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə insanın həzm sistemi tərəfindən "emal" oluna bilir. Suyun insan həyatı üçün faydası, həm də onun nisbi təmizliyi ilə şərtlənir. 1 dəqiqə ərzində insan orqanizmində 4 milyon eritrosit (qırmızı qan kürəciyi) məhv olur, elə o qədəri də yaranır. Su özü ilə gətirdiyi "çirkab" vasitəsilə qanı korlayır – orqanizmdə mutagen dəyişikliklər yaradır və DNT-lərə (genlərə) yazılmış "genetik informasiya"nı dağıdır.
Suyun əksər xüsusiyyətləri onun kimyəvi quruluşundan yox, fəza qəfəsinin quruluşundan (buna kristal qəfəsi deyilir) şərtlənir. Atomların düzülüşü və onlar arasındakı kimyəvi rabitənin forma və xüsusiyyətinin variasiyalı olmasından dolayı, suyun xassəsi də dəyişə bilir. Sudan başqa, bəzi digər kimyəvi maddələrdə də belə allotropik modifikasiya xüsusiyyətinə rast gəlinir, amma sudan fərqli olaraq, onların hamısı kimyəvi birləşmə yox, kimyəvi elementdir. (məsələn, karbonun allotropik modifikasiyalarını önə çəkmək olar – (qrafit, almaz, kömür, brilyant). thumb|Maye su qlobulu və suyun səthindən düşən bir şeyin səbəb olduğu suda konkav çökəkliyi və rebound. Bir çox kimyəvi maddələrdən fərqli olaraq temperatur dəyişdikcə, suyun aqreqat halı (material forması) da dəyişir. Bu zaman onun bir çox xassəsi də dəyişir. Məsələn, məlumdur ki, kimyəvi təmiz su müsbət 100 dərəcə (Selsi) temperatura qədər qızdırılan zaman qaynayır və bu proses davam etdikcə, o, maye halından buxar halına keçir. Su mayelərə xas olan xüsusiyyətlərini itirir və onun istilik tutumu kəskin şəkildə aşağı düşür, həcmi isə artır. Sonradan, soyuyarkən, su buxarı yenidən maye suya çevrilir, amma belə su əvvəlkindən xeyli fərqli olur – buxar kondensatının tərkibində demək olar, kənar qarışıqlar olmur. Buna nisbi təmiz su deyilir.
Kimyəvi təmiz su 0 dərəcə (Selsi) temperaturda donaraq maye halından bərk hala, buz halına keçir. Bu proses istiliyin ayrılması ilə baş verir (ekzotermik prosesdir). Maraqlıdır ki, bu zaman suyun həcmi genişlənir, amma digər bir çox maddə soyuyarkən sıxılır, onların həcmi azalır. Həm də sıfır dərəcədən aşağı temperaturlara qədər soyudularkən buz halına keçmiş suyun həcmində müvafiq azalma (sıxılma) müşahidə olunur. Belə suyun istilik tutumu maye suyun istilik tutumu ilə müqayisədə xeyli yüksək olur.
Ümumiyyətlə, su – həyat üçün təhlükəsiz olan kimyəvi birləşmələr arasında istilik tutumunun yüksək olması ilə seçilir. Məhz suyun bu xassəsi sayəsində Yerin atmosferində temperatur nisbi sabit qala bilir. Məsələn, gündüzlər Yerə çatan Günəş enerjisinin bir qismi yerin səthindən əks olunaraq atmosferə istiqamətlənir. Bu enejinin böyük qismi atmosferdə cəmləşən su buxarı tərəfindən udulur və gecə saatlarında (Günəş enejisi yerin səthinə çatmayan saatlarda) Yerin səthində yaranan eneji balansını kompenssiya edir. Bu effekt səhralarda müşahidə olunur. Məsələn, məlumdur ki, gündüzlər istidən yanan səhralarda, gecələr nabələd adamların təsəvvür edə bilmədiyi həddə qədər soyuq olur. İnsan bədənin temperaturunun sabit (36,5 dərəcə, Selsi) qalması da suyun sayəsində mümkün olur.
Fiziki xassələri Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.
Əgər buz sudan ağır olsaydı, bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. Donan su maye sudan daha çox yer tutduğu üçün donan dənizlər əvvəlkinə nisbətən daha çox yer tutar və digər dənizlərin səviyyəsinin artaraq daşmasında səbəb olardı.
Bununla yanaşı suyun ən ağır halının +4 °C-dəki kimi olması həyat üçün mühüm əhəmiyyət kəsb edir. Dənizlərdə +4 °C temperatura çatan su, ən ağır vəziyyətdə olduğundan dibə çökür. Buna görə səthi buz dağları ilə örtülən dənizlərin dibi daima maye halındadır və canlıların yaşaya biləcəyi +4 °C-lik temperaturdadır. Eyni şəkildə qış aylarında buz təbəqəsi ilə örtülən göl və çayların da alt hissələri həyat üçün əlverişlidir.
left|thumb|240px| Qar dənəcikləri, Vilson Bentley, 1902.
Suyun gec isinib gec soyuma xüsusiyyəti Suyun digər xüsusiyyəti də buxarlanma və donma sürətinin çox yavaş olmasıdır. Yay aylarında gündüz istisi ilə çox tez isinən qumun gecə çox tez soyuduğu məlumdur, lakin dəniz suyunun temperaturu gecə ilə gündüz arasında ancaq 2–3 dərəcə fərqlənir. Bunun səbəbi suyun kəskin isinmə və soyuma halında, malik olduğu istini müəyyən ölçüdə qoruyaraq buxarlanma və donma hadisəsini gecikdirməsidir. Suyun bu təsirini bütün yer üzünə aid etsək, okeanlarda və atmosferdə maye və ya buxar halda olan suyun Yerin temperaturunda çox mühüm rol oynadığı başa düşülər. Yer üzünü əhatə edən sular Yerin günəş şüalarına məruz qalan hissəsində temperaturu udaraq həddindən artıq isinmənin qarşısını alır. Eyni şəkildə günəş şüası ala bilməyən hissələrdə isə okeanlar və digər sular malik olduqları temperatur sayəsində kalorifer vəzifəsi yerinə yetirərək temperaturun həddindən artıq aşağı düşməsinə mane olurlar. Belə olmasaydı, gecə ilə gündüz arasındakı temperatur fərqi çox artacaq, Yer səhralaşacaq və həyat mümkün olmayacaq və ya çətin olacaqdı.
Buludların ağırlığı Buludlar inanılmaz dərəcədə ağırdırlar. Məsələn, "Kumulo-nimbus" növündən olan fırtına buludunda 300.000 ton ağırlıqda su toplanmışdır.
Təmiz suyun alınma üsulları Zərərli kimyəvi elementlər və maddələr su hövzələrinə düşdükdə onun sanitar vəziyyətini pisləşdirir , ona görə də həm təsərrüfat içmə, həm də başqa sənaye məqsəddləri üçün istifadədən əvvəl suyun dərindən xüsusi təmizləməyə ehtiyacı var. Çirkab suların təmizlənmə üsulları mexaniki, fiziki-kimyəvi, elektrokimyəvi, biokimyəvi üsullardır.
Mexaniki təmizləmə Süzmə. Boru və kanalların tutulmasının qarşısını almaq məqsədi ilə iri qarışıqları aradan qaldırmaq üçün tordan istifadə olunur. Daha kiçik asılqanlar üçün ələklərdən istifadə edilir. Ələklərin deşiklərinin ölçüsü kənarlaşdırılan qarışıqdan asılı olaraq 0,5–1 mm dəyişir. Qaba dispers qarışıqlardan təmizləmək üçün qum tutucu, çökdürücü, durulducu, rəngsizləşdiricilərdə durultma aparılır. Qum tutucuları ölçüsü 250 mkm (1 mikron=10−6m) böyük olan mexaniki qarışıqlar (qum, gil) üçündür. Qum tutucularının iş prinsipi maye axınında bərk hissəciklərin sürətinin dəyişməsidir. Qum tutucuları müxtəlif konstruksiyalı (suyun üfqi, şaquli və dairəvi hərəkəti ilə) olur. Kənarlaşdırılan hissəciklərin diametri 0,2–0,25 mm, suyun axma müddəti 30 saniyədən çox olmasın, qum tutucunun dərinliyi 0,25−1 m , eni hesablamaqla müəyyən edilir. Nefttutucular. Bu tutucular çirkab sulardan neft məhsulları, yağları ayırmaq üçün istifadə edilir. Onların iş prinsipi sıxlığı suyun sıxlığından kiçik hissəciklərin üzə çıxmasına əsaslanır. Nefttutucularında suyun hərəkət sürəti 0,005–0,01 m/san olur, bu zaman neftin 96–98% üzə çıxır. Hissəciklərin üzə çıxma sürəti hissəciklərin ölçüsündən, sıxlıqdan və məhlulun özlülüyündən asılıdır. 80–100 mkm ölçüdə olan hissəciklər üzə çıxır. Durultma 2 saat davam edir. Nefttutucunun dərinliyi 1,5–4 m, eni 3–6 m, uzunluğu 12 m, seksiyaların (bölmələr) miqdarı ikidən az olmayaraq ardıcıl birləşdirilir. Filtrləmə. Çirkab sulardan bərk və maye halda olan çökməyən zərif disrers hissəciklərin ayrılması üçün tətbiq olunur. Filtrləyici material kimi metal tor, parça filtrlər (pambıq-kağız, şüşə və süni liflər) keramik, bəzən də dənəvər materiallar (qum, çınqıl, torf, kömür və s.) götürülür. Bu bir qayda olaraq alt hissəsində təmizlənmiş suyun axması üçün drenajı olan rezervuardan (su anbarı) istifadə olunur. Filtrləmənin sürəti 0,1–0,3 m/saatdır. Filtrlərin təmizlənməsi hava ilə üfürmə və ya yuyulma ilə həyata keçirilir. Hidrosiklonlar çirkab suları asılqanlardan mərkəzdənqaçma qüvvələrinin təsiri ilə təmizləyir. Yüksək sürətlə su hidrosiklona verilir. Mayenin fırlanması nəticəsində mərkəzdənqaçma qüvvələrinin təsiri ilə bərk hissəciklər axından kənara atılır. Sıxlıqların fərqi nə qədər çox olarsa, ayrılma bir o qədər asan olar.
Təmizləmənin fiziki-kimyəvi metodları Flotasiya çirkab sulardan həll olmayan xırdalanmış pis çökən qarışıqları ayırmaq üçün tətbiq edilir. Bunun üçün suya kiçik deşikləri olan dəlikli borudan təzyiq altında hava verilir. Hava qabarcıqları maye qatından keçərək çirkab hissəciklərlə birləşərək onları suyun üzərinə çıxardaraq köpük əmələ gətirir. Təmizləmənin effekti hava qabarcıqlarının ölçüsündən asılıdır. Bu ölçü 10–15 mkm olmalıdır. Təmizlik dərəcəsi 95–98%-dir. Təmizlik dərəcəsini artırmaq üçün suya koaqulyantlar əlavə etmək olar. Bəzən flotatorda eyni zamanda oksidləşmə də baş verir. Bu halda hava oksigen və ya ozonla zənginləşdirilir. Digər hallarda oksidləşməni aradan qaldırmaq üçün flotasiya inert qazların köməyi ilə həyata keçirilir. Flotasiya təzyiq altında və ya vakuumda aparıla bilər.