Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir.

Ümumi baxış thumb|left|Stadionun LED fasadı dünyadakı bütün stadionlardakı LED fasadlar içərisində ən böyük olanıdır.https://invidis.de/2013/07/kazan-arena-groste-led-fassade-an-einem-fusballstadium/ () Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur.

Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir.

Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi.

2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.

2017 FİFA Konfederasiyalar Kuboku zamanı

TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı18 iyun 201718:00 2–2 A qrupu 3437222 iyun 201721:00 1–1 B qrupu 3822224 iyun 201718:00 2–1 A qrupu 4158528 iyun 201721:00 0–0 (ə.v.) 0–3 (pen.) Yarı Final 40855

2018 FİFA Dünya Kuboku zamanı

TarixSaatKomanda #1NəticəKomanda #2MərhələTamaşaçı sayı16 iyun 201813:00 2–1 C qrupu 4127920 iyun 201821:00 0–1 B qrupu 4271824 iyun 201821:00 0–3 H qrupu 4287327 iyun 201817:00 2–0 F qrupu 4183530 iyun 201817:00 4–3 1/8 Final 428736 iyul 201821:00 1–2 1/4 Final 42873

600px|thumb|center|Polşa ilə Kolumbiya 2018 FİFA Dünya Kuboku çərçivəsində qarşı-qarşıya gəlirlər.

Qalereya

İstinadlar

Kateqoriya:Rusiya stadionları Kateqoriya:Rusiya futbol stadionları Kateqoriya:2013-cü ildə Rusiyada yarananlar Kateqoriya:Su idman növləri üzrə Dünya Çempionatı (2015)