230px|thumb|right|Parmicanino — Uzun boyunlu Madonna, 1535–1540, Uffitsi qalereyası, Florensiya. Manyerizm dövrü üçün uzun nibətlər, yüksək stilləşdirilmiş pozlar və aydın prespektivlər xarakterikdir. Manyerizm () və yaSon İntibahA World history of architecture and Mannerism: the painting and style of the Late Renaissance () — Avropa incəsənətində İtaliya Yüksək intibah dövrünün son mərhələsinə verilən ad. Manyerizm dövrü 1520-ci illərdən başlamaqla XVI əsrdə barokko dövrü ilə əvəz olunana kimi davam etmişdir. Şimal manyerizmi XVII əsrin əvvəllərinə kimi davam etmişdir.Freedberg 1971, 483.
Stilistik baxımdan Manyerizm özündə Leonardo da Vinçi, Rafael və Mikelancelonun erkən yaradıcılıq dövrünün çoxsaylı yanaşmalarını və harmonik ideallarını birləşdirir. Yüksək İntibah incəsənəti nisbət, tarazlıq və ideal gözəlliyi vurğuladığı halda, Manyerizm bu xüsusiyyətləri asimmetrik və qeyri-təbii eleqant hala qədər çoxaldır.Gombrich 1995. Bu stil yüksək intellektual dəqiqliyi və süni (naturalizmin əksinə olaraq) keyfiyyətləri ilə fərqlənir. Erkən intibah rəsmlərindən fərqli olaraq, bu xüsusiyyət Manyerizm əsərlərində balans və aydınlıq əvəzinə kompozisiya gərginliyi və qeyri-stabilliyin yaranmasını təşviq edir. Ədəbiyyat və musiqidə Manyerizm yüksək tərəqqi etmiş stil və intellektual dəqiqliyi ilə seçilir.Art and Illusion, E. H. Gombrich,
Manyerizmin xüsusiyyətləri və onun fazaları incəsənət tarixçiləri arasında hələ də müzakirələrə səbəb olmaqdadır. Məsələn, bəzi alimlər XVI–XVII əsrlər ədəbiyyatının (xüsusilə poeziyanın) erkən formalarının müəyyən edilməsini də Manyerizmə aid edirlər. Termin həm də, 1500–1530-cu illərdə Şimali Avropada çalışmış bəzi qotik rəssamların yaradıcılığını, xüsusilə İtaliyadakı hərəkatla əlaqəsi olmayan Antverpen manyeristlərinin işlərini müəyyənləşdirmək üçün istifadə edilir. Manyerizm həm də, Gümüş dövrü Latın ədəbiyyatının analogiyası kimi istifadə edilir.
Termin thumb|230px|Manyerizm rol-modeli: Laokoon və oğulları, qədim heykəl, 1506-cı ildə aşkarlanıb; hazırda Vatikan muzeylərində sərgilənir. Manyerist sənətkarlar bu heykələ böyük önəm verirdilər. () sözü italyan dilində stil və manera anlamına gələn sözündən törəmişdir. "Stil" () sözü kimi "maniera" sözü də həm sfesifik stil tipi (məsələn, gözəl stil, aşındırıcı stil mənalarında), həm də, ixtisasa ehtiyacı olmayan mütləqlik (bir nəfər "stilə malikdir") anlamlarını ifadə edir.John Shearman, "Maniera as an Aesthetic Ideal", in Cheney 2004, 37. Corco Vazari özünün "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" (1568) adlı əsərinin ikinci nəşrində "maniera" sözünü üç müxtəlif kontekstdə istifadə edir: sənətkarın iş manerası və metodunu ifadə etmək üçün; şəxsi və ya qrup stilini təsvir etmək üçün: məsələn Bizans stilini ifadə etmək üçün o, ifadəsini, Mikelancelonun iş stilini ifadə etmək üçün isə ifadəsini işlədir; bədii keyfiyyətin müsbət təsbitini təsdiq etmək üçün.Cheney 1997, 17. Özü də Manyerist sənətkar olan Vazari çalışdığı dövrü "la maniera moderna" və ya "modern stil" adlandırır.Briganti 1961, 6. Ceyms Mirollo "bella maniera" şairlərinin necə Petrarka sonetlərinin mükəmməlliyini keçməyə çalışmalarından danışır. "Bella maniera" anlayışı bu stildə işləyən sənətkarların birbaşa təbiətə qarşı surmaq əvəzinə sələflərinin işlərinin kopyalanması və təkmilləşdirilməsinə üstünlük verirlər.Mirollo 1984 Faktiki olaraq "bella maniera" sənətkarları sələflərinin işlərində ən yaxşı xüsusiyyətləri birləşdirərək yeni stil yaradırdılar.
Stilistik baxımdan Manyerizmi müəyyənləşdirmək asan deyil. O, İsveç tarixçisi Yakob Burkhardt tərəfindən istifadə edilmiş, daha sonra isə XVI əsr İtaliya incəsənətinin kateqoriyalaşdırılmayan, Yüksək İntibah incəsənəti əsərləri kimi harmoniya və rasionallığın vurğulanmadığı əsərlərini kateqoriyalaşdırmaq üçün XX əsr Almaniya incəsənət tarixçiləri tərəfindən məşhurlaşdırılmışdır. "Yüksək İntibah" incəsənəti harmoniya, monumentallıq və antik incəsənət ənənələrini dirçəltməsi ilə seçilirdi. Manyerizm termini, 1965-ci ildə Fritz Qrossmann tərəfindən Mançestr Sənət Qalereyasında manyerist rəssamların əsərlərindən ibarət sərginin təşkil edilməsindən sonraGrossmann 1965., 1967-ci ildə Con Şerman tərəfindən yenidən müəyyənləşdirilmişdir.Shearman 1967. Manyerizm termini XVI əsrdə sosial hərəkatı ifadə etmək, zərif virtuoz keyfiyyətini çatdırmaq və ya müəyyən bir texnikanı təsvir etmək üçün istifadə edilmişdir, lakin sonrakı dövrlərdə, məsələn XVII əsrdə Covanni Pyetro Bellori "la maniera" sözünü Rafaeldən sonrakı, xüsusən 1530–1540-cı illərin incəsənətini ifadə etmək üçün istifadə edir.Smyth 1962, 1–2. XIX əsrdən etibarən termin İntibahdan sonrakı və barokkodan əvvəlki dövr incəsənərini ifadə etmək üçün istifadə olunur,
lakin Manyerizmin stil, hərəkat və ya inncəsənət dövrü olması haqqında tarixçilərin fikirləri müxtəlifdir; termin mübahisəli olmasına baxmayaraq, XVI əsr Avropa incəsənətinin müəyyənləşdirilməsi üçün geniş istifadə olunur.Cheney, "Preface", xxv–xxxii, and Manfred Wundram, "Mannerism," Grove Art Online. Oxford University Press, Yoxlanılıb: 3 iyul 2018.
Tarixi thumb|230px|Mikelancelonun Sikstin kapellasının tavanında işlədiyi çılpaq iqnudi fiqurları. Yüksək İntibah dövrünün sonlarında gənc səntkarlar yaradıcılıq böhranı yaşayırdılar: həmin dövrdə mümkün olan hər şeyin əldə olunduğu hesab edilirdi. Texniki və ya digər baxımdan hansısa çətinliklər qalmamışdı. Anatomiya, işıq, fizioqnomiya və insanların hisslərini üz ifadələri və jetlərdə göstərmək bacarığının fiqurativ kompozisiya çərçivəsində insan formalarının novator istifadəsi, incə rəng tonlarının tətbiqi ilə təsviri demək olar mükəmməllik səviyyəsinə çatmışdı. Gənc sənətkarlar yeni məqsədə ehtiyac duyurdular və yeni yanaşmalar axtarırdılar. Məhz belə bir mühitdə Manyerizm meydana gəlir. Yeni stil 1510–1520-ci illərdə ya FlorensiyadaFriedländer 1965, ya Romada, ya da hər iki şəhərdə eyni vaxtda formalaşır.Freedberg 1993, 175–77.
Mənşəyi Manyerizmin yarandığı dövr Andrea del Sarto, Mikelancelo və Rafaelin incəsənətinin "təbii genişlənmə" dövrü adlandırılır. Mikelancelo hələ gənc yaşlarında ikən öz orijinal stilini yaratmış, çox bəyənilən həmin stil dövrün başqa rəssamları tərəfindən də kopyalanmağa və təkrarlanmağa başlamışdır. Onun stilinin müasirləri tərəfindən ən çox bəyənilən xüsusiyyətlərindən biri "terribilità" – böyüklüyün vəhmə salması xüsusiyyəti idi və xələfləri onun yaradıcılığının bu xüsusiyyətini təkrarlamağa can atırdılar. Digər sənətkarlar isə onun rəsm və heykəllərini kopyalayaraq Mikelanceloya məxsus ehtiraslı və çox şəxsi stili öyrənmişdilər. Onun Sikstin kapellasının tavanındakı işləri xüsusilə iqnudi adlandırılan fiqurlar və Libiya sibiri rəsmi, Laurentian kitabxanasının vestibülü, Medici türbəsindəki fiqurlar və ən əsası Böyük məhkəmə freskosundakı obrazlar onlarıın müşahidə nümunələrinə çevrilmişdi. Sonradan, Mikelanclo Manyerizmin ən böyük rol modellərindən birinə çevrilmişdir. Gənc rəssamlar onun evinə soxularaq təsvirlərini oğurlayırdılar.Giorgio Vasari, Lives of the Most Eminent Painters, Sculptors, and Architects Corco Vazari özünün "Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı" adlı kitabında qeyd edir ki, Mikelancelo bir dəfə deyir: "İzləyici olanlar, heç vaxt izlədiklərinin yanından keçib gedə bilməzlər."
Rəqabət ruhu Sənətkarlar arasında rəqabət ruhunun yaranmasına səbəb onları himayə edən və əsər sifariş edən patronların hər dəfə digər sifarişçi üçün yaradılmış əsərdən daha təkmil əsər yaratmağı tələb etmələri idi. Bu tələblər sənətkarları yeni yanaşmalar və parlaq səhnələr axtarmağa, geyim və kompoxisiyları daha yaxşı işləməyə, uzun nisbətlər yaratmağa, stilləşdirilmiş pozalar və aydın perspektivlərdən imtinaya gətirib çıxarırdı. Pyero Soderini Leonardo da Vinçi və Mikelanceloya Florensiyadakı Beşyüzlər zalının divarlarının rəsmlərlə bəzədilməsini sifari etmişdi. Bu iki sənətkar yanvayan işləməyə və rəqabət aparmağa məcbur edilərək işlərini mümkün qədər təkmilləşdirmişdilər.
Erkən Manyerizm 210px|thumb|left|Yakopo Pontoromo — Xaçdan endirilmə, 1528, Santa-Felisita,Florensiya. Florensiyanın erkən manyeristləri, xüsusilə Andrea del Sartonun Yakopo da Pontoromo və Rosso Fiorentino kimi tələbələri uzun bədən formaları, qeyri-sabit balanslaşdırma, dağınıq perspektivlər, irrasional parametrlər və teatr işıqlandırması ilə məşhur idilər. Parmicanino (Korreconun tələbəsi) və Culio Romano (Rafaelin əsas köməkçisi) oxşar stilləşdirilmiş estetik istiqaməti Romaya gətirmişdilər. Bu sənətkarlar Yüksək İntibahın təsiri ilə formalaşmışdılar və onların stili ona reaksiya və ya onun inkişaf etdirilməsi kimi xarakterizə edilirdi. Gənc sənətkarlar təbiəti öyrənmək yerinə Ellinizm dövrü heykəltəraşlığını və sələflərinin rəsm əsərlərini araşdırmağa başlamışdılar. Buna görə də Manyerizm stilini bəzən "anti-klassik" də adlandırır, buna baxmayaraq, onun Yüksək İntibahın təbii inkişafı olmasını qəbul edirdilər. Manyerizmin "anti-klassik" formaları ilə məşhur olan ən erkən – eksperimental dövrü 1540–1550-ci illəri əhatə edir. Templ Universitetinin incəsənət tarixi professoru Marsiya Holl "Rafaeldən sonra" () adlı kitabında qeyd edir ki, Rafaelin tez vəfatı Romada Manyerizmin başlaması ilə nəticələndi.
Tədqiqatçılar qeyd edirdilər ki, Manyerizm, sosial, elmi və dini hərəkatlar olan Kopernik modeli, Romanın yağmalanması və Katolik kilsəsi üçün təhlükəyə çevrilmiş Protestant Reformasiyası kimi XVI əsrin əvvəllərində meydana gəlmişdir.Manfred Wundram, "Mannerism," Grove Art Online. Oxford University Press. Buna görə də, o zaman stilin uzun və əyri formaları Yüksək İntibah incəsənətinin ideal keyfiyyətlərinə reaksiya kimi təfsir edilirdi. 1520-ci illərdən sonra bu radiakl təfsir elmi ədəbiyyatdan uzaqlaşsa da, erkən manyeristlərin yaradıcılığı Yüksək intibahın uğurları ilə tərs mütənasib təşkil edir; Rafaelin "Afina məktəbi"ndə yaratdığı əlçatanlıq və tarazlıq artıq gənc rəssamları maraqlandırmırdı. 220px|thumb|right|Anolo Bronzino — Venera, Kupid, Folli və Zaman, 1540–1545, London milli qalereyası.
Yüksək manyerizm Manyerizmin ikinci dövrü, adətən, onun "anti-klassik" adlanan ikinci dövründən fərqləndirilir. Bu dövrün manyeristləri intellektual qabiliyyət və bədii virtuozluğu xüsusi vurğulayırdılar ki, bu da, onların sonradan tənqidçilər tərəfindən qeyri-təbii və süni manerada işləməkdə günahlandırılmalarına səbəb olmuşdur. Manyerist rəssamlar böyük sələfləri olan Mikelanceloya əsas rol modeli kimi baxırdılar; onların incəsənəti təbiəti yox, incəsənəti kopyalayırdı. İncəsənət tarixçisi Sidni Cozef Fridberq razılaşır ki, manyerist incəsənətin intellektuallaşdırılmış aspekti ona hesablanmışdır ki, auditoriya bu vizual ismarıcı görəcək və qiymətləndirəcək – tanış fiqur naməlum şəraitdə "görünməyən, lakin hiss edilən sitat dırnaqları arasında" verilirdi.Freedberg 1965. Manyerist rəssamın əsas tələbi mövzu ilə tanış olan izləyicinin əsərə diqqətlə yanaşması idi. Anolo Bronzino və Corco Vazarinin yaradıcılığı Manyerizmin 1530 – 1580-ci illərdə davam edən bu dövrünü əks etdirir. O dövrdə, əsasən Avropanın intellektual mərkəzlərində özünə yer tapan Manyerizm incəsənəti özündə şişirdilmiş eleqantlıq və görünüş və detallara xüsusi diqqəti birləşdirirdi. Farfor kimi şimal dərili personajlar, izləyiciyə soyuq baxış təsiri bəxş edən güclü işıqlandırma bu stildə yaradılmış rəsmlərin əsas xarakterik xüsusiyyətləri idi. Manyerist əsərlərdə nadir hallarda ciddi emosional təsvirə rast gəlinir və buna görə də bu tendensiyanı əks etdirən əsərlər bəzən "soyuq" və ya "yad" da adlandırılır. Bu, Manyerizmin yekun və ya yüksək dövrü üçün xarakterik olan xüsusiyyətdir.Shearman 1967, p. 19
Manyerizmin yayılması thumb|230px|left|İngilis Manyerizmi: Surrey qrafı Henri Hovardın portreti, 1546. Flamand immiqrant tərəfindən çəkilmiş nadir ingilis manyerist portretlərindən biridir.