Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir. thumb|left|Pilot kabinəsi thumb|right|All Nippon Airways 787-8
Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.
Hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.
Xüsusiyyətləri Modellər787-3787-8787-9Pilot sayı 2 nəfərSərnişin sayı290–330 210–250 250–290Uzunluğu 56,6 m 62,8 mQanad qolay; 51,8 m 60,0 m 63,4 mHündürlüyü16,92 mFüzelyajın uzunluğu5,91 m Füzelyajın eni5,75 mKabinanın eni5,49 mYük bölməsinin həcmi124,6 m³152,9 m³Boş təyyarənin çəkisi101 151 kq 109 769 kq 115 212 kq Maksimal qalxmaçəkisi165 108 kq 219 539 kq 244 940 kq Kreyser sürəti0,85 MAX - 903 km/s (12 200 m yüksəklikdə)Maksimal kreyser sürəti0,89 MAX - 945 km/s (12 200 m yüksəklikdə)Uçuş məsafəsi 4 650 – 5 650 km 14 200 – 15 200 km 14 800 – 15 750 kmMaksimal yanacaq həcmi41 965 l 126 917 l 138 898 lUçuş yüksəkliyi 13100 mMühərrik (2×) "General Electric GEnx" və ya "Rolls-Royce Trent 1000"
Bənzər təyyarələr Boeing 767 Airbus A330 Airbus A350
Xarici keçidlər
787 Dreamliner - İnglis dilində.
İstinadlar
AZAL 5 "Boeing" ƏVƏZİNƏ 8-Nİ ALIR Newairplane.com Boeing вновь отложил первый полет "Лайнера мечты" Redaktə etdi: Turan Akif oğlu Məmmədli
Kateqoriya:Təyyarələr Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Boeing təyyarələri