Aşağı məhəllə sinaqoqu — Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq.

Haqqında Aşağı məhəllə sinaqoqu Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşir. Sinaqoq 1849-cu ildə tikilib. Sovet işğalından sonra sinaqoqun binasından tütün və mebel anbarı kimi istifadə olunub. Azərbaycan yenidən müstəqil olduqdan sonra sinaqoq 1992–1994-cü illərdə yerli yəhudilər tərəfindən təmir edilib. Sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.

Şəkilləri

Həmçinin bax Yuxarı məhəllə sinaqoqu Azərbaycan yəhudiləri

İstinadlar

Xarici keçidlər Gəzməyə Vətən Yaxşı — Aşağı Və Yuxarı Sinaqoqlar | Oğuz

Kateqoriya:Oğuz sinaqoqları Kateqoriya:1849-cu ildə yarananlar